İşin təsviri
- Funksional tələblərin texniki həllərə çevrilməsində iştirak etmək, texniki spesifikasiyaları hazırlamaq və ya nəzərdən keçirmək;
- WRICEF obyektlərinin (hesabatlar, interfeyslər, məlumat miqrasiyası proqramları, genişləndirmələr, formalar və iş axınları) texniki dizaynını qiymətləndirmək;
- Standart SAP funksionallığından kənar inkişaf ehtiyaclarını təhlil etmək və alternativ həllər üzrə texniki rəy vermək;
- Texniki həlləri SAP Clean Core, extensibility və gələcək yeniləmələrə uyğunluq prinsipləri baxımından qiymətləndirmək;
- Digər SAP modulları və xarici sistemlərlə inteqrasiya tələblərini texniki baxımdan nəzərdən keçirmək;
- Ehtiyac olduqda ABAP, ABAP Objects, CDS Views, OData xidmətləri, BAdI və SAP Fiori backend komponentləri üzrə inkişaf işləri aparmaq;
- Vendor tərəfindən hazırlanan kodu nəzərdən keçirmək, aşkar olunan çatışmazlıqlar üzrə rəy bildirmək və texniki qəbul üçün tövsiyələr təqdim etmək;
- Kodun performans, təhlükəsizlik və inkişaf standartlarına uyğunluğunu qiymətləndirmək, çatışmazlıqların aradan qaldırılmasını izləmək;
- SAP S/4HANA-nın digər SAP həlləri və xarici sistemlərlə inteqrasiyası üzrə texniki dizaynı nəzərdən keçirmək;
- API, OData, IDoc, RFC və SAP Integration Suite vasitəsilə qurulan interfeyslərin hazırlanması, test edilməsi və yaranan xətaların aradan qaldırılmasında iştirak etmək;
- Unit Test və inteqrasiya testlərində iştirak etmək, UAT zamanı yaranan texniki məsələlərin həllinə dəstək vermək;
- İnkişaf işləri üzrə tapşırıqları, dəyişiklik sorğularını, texniki riskləri və asılılıqları izləmək; layihə rəhbərliyinə müvafiq status məlumatları təqdim etmək;
- Vendor tərəfindən bilik ötürülməsində iştirak etmək, mənbə kodunun və texniki sənədlərin ADY-yə tam təhvil verilməsini izləmək;
- Texniki sənədləşməni, inkişaf standartlarını və hazırlanmış obyektlərin reyestrini aktual saxlamaq;
- Cutover, Go-Live və Hypercare mərhələlərində, eləcə də Go-Live sonrasında insidentlər və dəyişiklik sorğuları üzrə ABAP dəstəyi göstərmək.
Tələblər
- İnformasiya Texnologiyaları, Kompüter Elmləri və ya əlaqəli sahə üzrə ali təhsil;
- SAP ABAP proqramlaşdırması üzrə minimum 2 il praktiki təcrübə;
- Xarici dil (ingilis/rus dili) biliklərini üstünlükdür;
- SAP S/4HANA tətbiqi və ya transformasiyası layihəsində, müştəri tərəfində və ya SAP konsaltinq iş təcrübəsi üstünlükdür;
- ABAP, ABAP Objects, WRICEF, CDS Views, OData, BAdI/Enhancements, Smart Forms və ya Adobe Forms, IDoc, RFC, Web Services və SAP Fiori backend komponentləri;
- texniki spesifikasiyaların hazırlanması, code review, debugging, performansın optimallaşdırılması, transport management və inteqrasiya həlləri;
- SAP Clean Core və extensibility yanaşmaları, ABAP Cloud, RAP, SAP BTP Extension Suite, SAP Integration Suite və SAPUI5;
- SAP ABAP, SAP S/4HANA Development, SAP BTP və ya əlaqəli SAP sertifikatları üstünlükdür;