Satışa dəstək şöbəsinin mütəxəssisi ("ADY Ekspress" MMC)
- Şəhər
- Bakı
- İş növü
- Tam iş günü
Vakansiya haqqında
Konteyner daşınmaları üçün müştəri tərəfindən göndərilən sifarişlərin dəqiq və vaxtında daxili proqrama işlənməsini təmin etmək;
Konteyner daşınmaları üzrə cari müştərilərdən daxil olan müraciətlərin və sorğuların cavablandırılmasını təmin etmək, məlumatları operativ və tam təqdim etmək;
Müştəriləri daşımalarla bağlı bütün lazımi sənədlərlə (hesabları, təlimatları, aktları və digər müşayiət sənədləri) təmin etmək;
Konteyner daşınmaları üzrə müvafiq dövri hesabatlar aparmaq və aidiyyəti üzrə göndərmək;
Müştərilərlə birbaşa ünsiyyətdə olan digər struktur bölmələrlə qarşılıqlı fəaliyyət göstərmək;
Öz səlahiyyətinə aid olan məsələlərlə əlaqədar cəmiyyətin daxili struktur bölmələrinə, onların əlaqədar sorğularına cavab vermək;
Şöbənin əsasnaməsi, bu vəzifə təlimatı və cəmiyyətin korporativ hüquqi aktları ilə müəyyən edilən, habelə rəhbərliyin tapşırığından irəli gələn digər vəzifələri icra etmək.
Tələblər
- Təhsil: Ali təhsil
- Dil bilikləri: Rus dili (sərbəst) və ingilis dili (y axşı)
- Rəqəmsal bacarıqlar: MS office (yaxşı səviyyədə)
- Müştəri xidmətlərinə aid olan normativ, metodik və digər rəhbəredici materiallara aid biliklər
- Azərbaycan Resplublikasının istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanuna dair biliklər
- Müştəri xidmətləri işinin təşkili, hesabatların tərtib edilməsi haqqında biliklər
- Sənəd dövriyyəsinə dair biliklər
- Komanda işi
- Müştəri yönümlülük
- Yazılı ünsiyyət
Üstünlük hesab olunur
- İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 1 il stajı arzuolunandır
Oxşar elanlar
- B2B Satış üzrə MütəxəssisECOMAG · Bu gün
- Call Center OperatorCaspianTech · Bu gün
- Çağrı mərkəzi üzrə kiçik mütəxəssisFerrum Kapital · Bu gün
- Kateqoriya meneceriSuperfon · Dünən
- BARİSTA–SATICIKaraca · Dünən
- Satış meneceriOdontos LTD · 2 gün əvvəl