İşin təsviri

  • İstifadəçilərdən daxil olan müraciətlərin (Helpdesk / Ticket sistemi vasitəsilə) qəbulu və operativ həlli;
  • Kompüterlər, printerlər, IP telefonlar və digər istifadəçi avadanlıqları üzrə nasazlıqların aradan qaldırılması;
  • Sistemlər üzrə ilkin diaqnostika və eskalasiya prosesinin idarə olunması;
  • Şəbəkə (LAN/WAN), Wi-Fi və əlaqə sistemlərinin monitorinqi və ilkin dəstəyi;
  • UPS, enerji təminatı və IT avadanlıqların yerləşdiyi mühitin (server otaqları) yoxlanılması;
  • Kamera, access control, face recognition və digər təhlükəsizlik sistemlərinin işlək vəziyyətdə saxlanılması;
  • Liman ərazisində (Ələt, terminallar və s.) yerləşən texniki avadanlıqlara yerində baxış və müdaxilə;
  • Kamera sistemləri, sensorlar, turniketlər, şlaqbaumlar və digər sahə avadanlıqlarının quraşdırılması və texniki xidməti;
  • Kabel çəkilişi, şəbəkə nöqtələrinin qurulması və avadanlıqların fiziki montajı;
  • Zabbix, Grafana və digər monitorinq sistemləri vasitəsilə infrastrukturun izlənməsi;
  • Fasiləsiz xidmət (uptime) təminatına nəzarət;
  • Vendorlarla (təchizatçılarla) koordinasiya və texniki işlərin izlənməsi;
  • Test, qəbul (UAT) və istismara verilmə proseslərində iştirak.

Tələblər

  • Windows OS, basic Linux bilikləri;
  • Şəbəkə əsasları (TCP/IP, routing, switching);
  • CCTV, access control və digər təhlükəsizlik sistemləri;
  • UPS və enerji sistemləri üzrə ilkin anlayış;
  • Monitorinq alətləri (Zabbix, Grafana və s).