İT infrastruktur üzrə arxitektor

İşin təsviri

  • Agentliyin İT infrastrukturu üçün vahid platforma arxitekturasının (on-prem, cloud, hybrid) konseptual dizaynının hazırlanması və inkişaf etdirilməsi;
  • Paylanmış arxitekturalı (distributed) platformaların (multi-cluster, multi-tenant) referens arxitekturasının formalaşdırılmasına və tətbiqinə rəhbərlik edilməsi;
  • İnfrastrukturun Platform as a Service yanaşması ilə dizayn edilməsi (self-service, standartlaşdırılmış pipeline və environment-lər);
  • CI/CD, GitOps və IaC proseslərinin strateji səviyyədə qurulması və idarə olunması (ArgoCD, GitLab CI, Terraform, Ansible və s.);
  • Yüksək yüklü və kritik sistemlər üçün miqyaslanma (scalability), əlçatanlıq (availability) və dözümlülük (resiliency) prinsiplərinə uyğun infrastruktur arxitekturalarının layihələndirilməsi;
  • Bulud (cloud) və yerində quraşdırılan (on-prem) resurslar üçün tutum planlaması (capacity planning), xərclərin optimallaşdırılması (cost optimization) və performans strategiyalarının müəyyən edilməsi;
  • Observability stack-in (metrics, logs, traces, profiling) vahid arxitektura və standartlar üzrə qurulmasına rəhbərlik edilməsi;
  • SLI/SLO, error budget, incident response, postmortem proseslərinin dizaynı;
  • Təhlükəsizlik və uyğunluq (security by design, zero-trust, secret management, auditability) tələblərinin platforma səviyyəsində təmin edilməsi;
  • İnfrastruktur üzrə texniki qərarlara rəyin verilməsi, risklərin qiymətləndirilməsi və arxitektura review-ların aparılması;
  • Digər departamentlər üçün (development, data, təhlükəsizlik) texniki lider və məsləhətçi funksiyasının icra edilməsi;
  • Texniki standartlar, referens arxitekturalar, best practice sənədlərinin hazırlanması və qorunması;
  • İnfrastruktur yol xəritəsinin (roadmap) hazırlanması və icrası prosesində iştirak;
  • Departament rəhbərliyinə platformanın vəziyyəti, risklər və inkişaf planları üzrə strateji hesabatların təqdim edilməsi;
  • Fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasının təmin edilməsi;
  • Qanunvericiliyə uyğun olaraq, konfidensiallıq əsasında Departamentin fəaliyyəti ilə bağlı bütün məsələlərin məxfiliyinin və anonimliyinin qorunması;
  • Fəaliyyət istiqamətlərinə uyğun olaraq İdarə Heyətinin sədrinin digər müvafiq tapşırıqlarını səlahiyyətləri çərçivəsində, həmçinin əmək qanunvericiliyi və digər müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun yerinə yetirilməsi.

Tələblər

  • ali təhsil;
  • minumum 7 il iş stajı;
  • Linux əsaslı sistemlər üzrə ekspert səviyyəsində bilik və real arxitektura təcrübəsi;
  • Kubernetes və cloud-native ekosistemi üzrə dərin platforma səviyyəli bilik (networking, storage, security, scheduling);
  • IaC və avtomatlaşdırma alətləri üzrə arxitektor səviyyəsində bacarıqlar (Terraform, Ansible, Helm, Packer);
  • CI/CD, GitOps və SDLC proseslərinin dizaynı və optimallaşdırılması üzrə təcrübə;
  • Observability və SRE metodologiyaları üzrə praktik bilik və tətbiq təcrübəsi;
  • Cloud provayderlər (AWS / Azure / GCP) və ya böyük on-prem mühitlərlə iş təcrübəsi;
  • Yüksək səviyyəli texniki qərarvermə, risk analizi və problem həll etmə bacarığı;
  • Texniki liderlik, mentorluq və multi-komanda mühitində işləmə bacarığı;