İşin təsviri
Təsvir
- Sərnişinlərə xidmət strukturlarında göstərilən xidmət və keyfiyyəti ölçmək və qiymətləndirmək;
- Sərnişin xidməti strukturlarının xidmət və keyfiyyət göstəricisi üzrə hesabatları hazırlamaq;
- Müştəri xidməti strukturlarının məsafədən və yerində monitorinqləri aparmaq;
- Sərnişinlərə xidmət standartlarına uyğun xidmət göstərilmədikdə araşdırılmasında iştirak etmək;
- Şöbənin fəaliyyətinə dair görülmüş işlər barədə hesabatlar hazırlamaq;
- Departamentə daxil olan ərizə, şikayət və təklifləri araşdırmaq və onların həlli istiqamətində işlər aparmaq;
- Şöbə rəisinin verdiyi tapşırığların və göstərişlərin icra edilməsini təmin etmək;
- Qanunda nəzərdə tutulan hallarda şöbə rəisini əvəz etmək;
- Vətəndaşlarla bir-başa ünsiyyətdə olan digər struktur bölmələri ilə birgə iş qurmaq;
- Sərnişinlərə xidmət göstərən əməkdaşların təlim ehtiyaclarını müəyyənləşdirməsi üzrə hesabat hazırlamaq;
- Vətəndaşlarla birbaşa ünsiyyətdə olan digər struktur bölmələri ilə qarşılıqlı fəaliyyət göstərmək.
Tələblər
Təhsil – Müvafiq sahə üzrə Ali təhsil;
Tələb olunan sahə üzrə minimum əmək stajı – 5 il;
MS Office bilikləri – yaxşı səviyyədə
Dil bilikləri- rus dili, ingilis dili- yaxşı səviyyədə;
Problem həlletmə;
İşin idarə edilməsi və ölçülməsi;
Xidmət keyfiyyətlərin ölçülməsi üçün standartların yaradılması üzrə biliklər;
Xidmət keyfiyyəti ilə bağlı aşkarlanan qüsur və çatışmazlıqların aradan qaldırılmasına dair biliklər;
ADY daxili və xarici ezamiyyətlər ola bilər.