Qapançı Dispetçer

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

Şöbə: Logistika

İş vaxtı: Tam iş vaxtı

İş yeri: Holcim zavodu (Qaradağ rayonu, Sahil qəsəbəsi)

Vəzifələr:

  • Daxili Daşınma üzrə Menecer, Loqistika şöbəsi tərəfindən verilən instruksiyalara, göstərişlərə əməl etməli
  • Bütün sürücülərin ƏMTT qaydalarına riayət etmələrinə və fərdi mühafizə vasitələrinin istifadəsinə nəzarət edilməsi
  • Sement və klinkerin müştərilərə vaxtında çatdırılmasına cavabdehdir
  • Sistemdə olan sifarişlərin nəqliyyat vasitələrinə bölünməsini və yükləməyə növbəli şəkildə buraxılmasını təmin etmək
  • Hər bir yük maşınında GPS-in mövcudluğuna nəzarət
  • Schenk və Logon proqramlarında iş prossesini aparmalı və həmin proqramlarla bağlı hər hansı bir problem olduqda Baş dispetçerə yazılı və şifahi şəkildə məlumat vermək
  • Sistemdə vaqonların qeydiyyatı (daxili və ixrac) (xammal, alternativ enerji mənbələri və İxrac olunan bütün məhsullar üçün)
  • İstismarda olan avadanlığın səmərəli istifadəsinə və onların lazımi qaydada saxlanmasına nəzarət edilməsi
  • Altlıqların zavoda qaytarılmasını təşkil olunmasına və qaytarılmış altlıqların sistemə əlavə olunmasına cavabdehlik daşıyır.
  • Logistika şöbəsinin prosedurlarını özü və rəhbərliyi altında olan işçilərə tətbiq etməlidir.
  • Məxfi məlumatlarla bölüşmək qadağandır (çatdırılan malın həcmi, sifarişin həcmi və çatdırılmanı edən şirkətin adı və getdiyi ünvan)
  • İş zamanı sosial şəbəkələrdən istifadə etməməli, canlı yayımlar açmamalıdır
  • Baş Dispetçer olmadıqda onun vəzifəsini idarə etməli
  • Yüklənmiş halda gələn nəqliyyat vasitəsinin tərəzidə düzgün dayanmasına, malın düzgünlüyünə və yüklənməsinə nəzarət etməli
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etməli
  • Ərazidə və işlədiyi binada nizam intizama və təmizliyə riayət olunması
  • Zavoda daxil olan xammal və sement maşının qeydiyyatı və uyğun olaraq lazımi hesabatların hazırlanması
  • Müştərilərdən qaytarılan təstiqlənmiş yük nəqliyyat qaimələrinin yığılması və Loqistika şöbəsinin müvafiq işçilərinə təhvil verilməsi
  • Özü və ətrafındakı işçilər üçün təhlükəsiz iş mühiti yaratmaq məqsədilə şirkətin ƏMTT qaydaları haqqında tam məlumatı olmaq və ona əməl olunmasına ciddi riayət etmək.
  • Əməyin mühafizəsi, əmək nizam- intizamı, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitar-gigeniya, mülkü-müdafiə qaydalarına riayət olunmasına əməl etmək
  • Fərdi mühafizə vasitələrindən düzgün qaydada istifadə etmək
  • Əmək funksiyasını özünü və başqa işçiləri təhlükəyə məruz qoymayacağı təqdirdə icra etmək
  • İşçilərin həyat və sağlamlığına kəskin şəkildə təhlükə yarandığı təqdirdə dərhal öz rəhbərini və müvafiq şəxsləri məlumatlandırmaq
  • Əmək funksiyalarının icrası ilə bağlı iş yerlərində əməyin mühafizəsi haqqında və ilkin tibbi yardım göstərilməsi məqsədilə təlimlər almaq
  • Məcburi dövri və sağlamlığı haqqında hər hansı şübhə yaranacağı təqdirdə növbədənkənar tibbi müayinələrdən keçmək
  • Əməyin mühafizəsi, əmək nizam- intizamı, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitar-gigeniya, mülkü-müdafiə qaydalarına riayət olunmasına əməl etmək

Tələb olunan keyfiyyətlər:

  • Peşə və ya orta ixtisas təhsili;
  • Müvafiq sahə üzrə iş təcrübəsi – min. 1 il
  • Azərbaycan dilində sərbəst danışıq qabiliyyəti. İngilis dilini bilənlərə üstünlük verilir.

Maraqlananlar CV –lərini, mövzu hissəsində mütləq Qapançı Dispetçer yazmaqla aze-hr-cv@holcim.com elektron poçt ünvanına göndərə bilərlər.

Bütün müraciətlərə baxılacaq və namizədlərə bərabər imkanlar veriləcək. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.