İşin təsviri
- Sifarişçilərə/büdcə sahiblərinə tələbatın toplanması üçün sorğu formaları göndərmək;
- Sifarişləri müəssisənin müvafiq şöbəsinə göndərmək;
- Daxil olan sifarişlərin qeydiyyatını aparmaq, onların vaxtında yerinə yetirilməsinə nəzarət etmək, eləcə də kargüzarlıq sənədlərini rəsmiləşdirmək;
- Aparılan işlər haqqında hesabat hazırlamaq üçün alınan məlumatları sistemləşdirmək, emal etmək və hazırlamaq;
- Qoyulmuş tələblərə, qüvvədə olan normalara, qaydalara və standartlara riayət etmək;
Tələblər
- Ali təhsil (MAA məzunlarına üstünlük veriləcək);
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – orta, Rus dili – arzuolunandır;
- MS Word, MS Excel və MS PowerPoint proqramlarında işləmək bacarığı;
- Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;
- Danışıqların aparılması bacarığı;
- Problemlərin həlli bacarığı;
- Təqdimat bacarıqları;
- Yüksək öyrənmə qabiliyyəti;
- Dəyişikliklərə çevik uyğunlaşma bacarığı;
- Komandada effektiv işləmə bacarığı.