İşin təsviri
- Xüsusi avtomaşınlara və onların aqreqatlarına texniki xidmət göstərilməsini və təmir olunmasını təmin etmək;
- Ehtiyat hissələri, alət, avadanlıq və təmir materialları üçün tələbnamələri vaxtında tərtib etmək və onların qeydiyyatına, sərf olunmasına nəzarət etmək;
- İcra edilmiş texniki xidmət və təmir işlərinin qeydiyyatını aparmaq, xüsusi avtomaşınların texniki xidmətdən və təmirdən vaxtında çıxarılmasını təmin etmək;
- Sürücü heyətini xəttə çıxan zaman təlimatlandırmaq, xəttə çıxan və xəttdən qayıdan zaman xüsusi avtomaşınların yanacaq tanklarında YSM qalığını, spidometri və motosaat sayğaclarının göstəricilərini şəxsən yoxlamaq;
- Xüsusi avtomaşınları xəttə buraxmazdan əvvəl onların texniki vəziyyətini yoxlamaq, avtomaşınların nazaslığı haqqında yol vərəqəsi və formulyarlarda müvafiq qeydlər etmək;
- Xüsusi avtomaşınların istismarı və təmiri zamanı əməyin təhlükəsizliyi tələblərinə sürücü heyətinin riayət etməsinə ciddi nəzarət etmək.
Tələblər
- Təhsil səviyyəsi: Ali (Bakalavr);
- Minimum 3 il iş təcrübəsi;
- BC kateqoriyalar üzrə sürücülük vəsiqəsi;
- Avtomobillərin təmiri sahahəsində geniş nəzəri bilik və praktiki təcrübəyə malik olmaqla yanaşı, avtomobilin hissə və konstruksiyası haqqında əsaslı məlumatlı olaması, eləcə də sükan mexanizimi, sürətlər qutusu, aparıcı körpü və qabaq-asqı mexanizimlərin təmiri üzrə peşəkar bilik və praktiki bacarıqlara malik olması;
- Problemi həll etmə, analitik düşünmə bacarığı;
- Komanda ilə işləmə bacarığı;
- Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
- Danışıqların aparılması bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Təqdimat bacarıqları;
- Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
- Microsoft Office proqramları (MS Excel, MS Word, PowerPoint – yüksək);
- Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yüksək), Rus dili (yüksək).
İş qrafiki:
- Növbəli
- Heydər Əliyev Beynəlxalq Hava Limanı