Regional Hava Limanları üzrə Dispetçerlərin Tədris Proqramı
- Şəhər
- Lənkəran, Bakı
- İş növü
- Tam iş günü
Vakansiya haqqında
"Azərbaycan Hava Yolları" QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi Naxçıvan, Gəncə, Qəbələ, Füzuli, Zəngilan, Laçın, Zaqatala və Lənkəran regionları üzrə HHVİS mərkəzləri üçün Hava Hərəkətinin İdarə olunması üzrə dispetçerlərinin hazırlanması proqramına qəbul elan edir.
Proqram haqqında qısa məlumat:
"Hava hərəkətinin idarə edilməsi üzrə regional HHİ dispetçerlərin hazırlanması proqramı" Azərbaycan Aviasiya Qaydalarının (AAQ), Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standart və tövsiyə olunan təcrübələrinin, eləcə də Avropa aeronaviqasiya təhlükəsizliyi tələblərinin nəzərə alınması ilə təşkil ediləcəkdir. Proqram "Azərbaycan Hava Yolları" QSC-nin sifarişi əsasında həyata keçirilir və proqramda iştirak edən namizədlərə təhsil müddətində AZAL tərəfindən təqaüd ödəniləcəkdir.
Proqramı uğurla tamamlayan və imtahanlardan müvəffəqiyyətlə keçən iştirakçılara hava hərəkətinin idarə edilməsi üzrə dispetçer-tələbə lisenziyasını əldə etmək imkanı yaradılacaq. Lisenziya əldə etmiş şəxslər Azəraeronaviqasiyada müvafiq vəzifə üzrə işlə təmin olunacaqlar.
Proqramın müddəti: 12 ay
Tədris dili: İngilis dili
Tədris yeri: Bakı şəhəri
Tədris müddəti başa çatdıqdan sonra iş yeri: Müvafiq Regiondakı Hava Limanı
Tələblər
- Ali Texniki Təhsil
- İngilis dili biliyi: B2 və ya daha yüksək səviyyədə
- Seçim Prosesi
- CV-lərin tələblərə uyğunluğunun yoxlanılması
- Test mərhələsi – İngilis dili, psixoloji və IQ testləri
- Sənədləşmə prosesi
- Tibbi Müayinə (CAT 3 Sertifikatı)
- İşə Qəbul və Təlimlər
Üstünlük hesab olunur
- MAA məzunlarına üstünlük veriləcək
Oxşar elanlar
- Anbar OperatoruMətanət A Şirkətlər Qrupu · Dünən
- Satınalma üzrə mütəxəssis (Daxili bazar)Embawood · Dünən
- Satınalma və Logistika meneceriTAİS İKF · 2 gün əvvəl
- İstehsalat üzrə Satınalma MütəxəssisiMətanət A Şirkətlər Qrupu · 2 gün əvvəl
- Şirvan PEZ filialında dispetçerAzərpambıq ASK MMC · 2 gün əvvəl
- Gömrük bəyannaməçisi (avtomobil rəsmiləşdirilməsi üzrə)CustomsER Brokerage Company · 2 gün əvvəl