Uçuş yararlılığı və texniki xidmət üzrə aparıcı auditor
- Şəhər
- Bakı
- İş növü
- Tam iş günü
Vakansiya haqqında
CAMO / MNT prosesləri üçün SafetyManager365 istifadə etməklə audit planları, audit hesabatları hazırlamaq və icra etmək;
Planlaşdırılmış və ya yaxınlaşan auditlər üçün monitorinq əmrlərini hazırlamaq;
Auditin əhatə dairəsinə uyğun olaraq, zərurət olduqda yoxlama siyahılarını nəzərdən keçirmək və/və ya hazırlamaq;
Uçuş yararlılığı və texniki xidmət sahələri ilə bağlı digər proseslərin bütün əhatə dairəsini əhatə edən proses auditləri və/və ya inspeksiyalar aparmaq;
Əməliyyat Risklərinin İdarə Edilməsi və Komplayens İdarə rəisi və ya məsul şəxs/Baş əməliyyat İnzibatçısı tərəfindən tələb olunduqda ad-hoc auditlər/inspeksiyalar aparmaq;
Audit məlumatlarını toplamaq və təhlil etmək;
Auditlə bağlı KPI-ları (məsələn, auditlərin tamamlanma faizi, CAPA bağlanma müddəti, təkrarlanan uyğunsuzlar) aylıq olaraq izləmək və Əməliyyat Risklərinin İdarə Edilməsi və Komplayens İdarə rəisinə təqdim etmək;
Öz səlahiyyəti altında olan auditorlarla həftəlik görüşləri koordinasiya etmək, komandanın bütün fəaliyyətlərini izləmək və Əməliyyat Risklərinin İdarə Edilməsi və Komplayens İdarə rəisinə hesabat təqdim etmək;
Audit uyğunsuzluqlarının Təhlükəsizlik İdarəetmə Sistemində inteqrasiyasını təmin etmək məqsədilə şöbələrarası SMS–CMS iclaslarında iştirak etmək;
İslahedici və qabaqlayıcı tədbirlərin effektivliyini auditlərin izlənməsi vasitəsilə yoxlamaq;
Audit sənədlərini idarə etmək və ISO 19011 və IOSA standartlarına uyğunluğu təmin etmək;
DMAA, Bemuda Regulatory Authority və ya digər təşkilatlar tərəfindən aparılan auditlərdə tələb olunduğu halda iştirak etmək və dəstək vermək;
Auditin icrası üçün tələb olunan əməliyyat qeydlərini, təlimat kitabçalarını tələb etmək və sistemləri nəzərdən keçirmək;
Yüksək riskli və ya sistematik uyğunsuzluqları Əməliyyat Risklərinin İdarə Edilməsi və Komplayens İdarə rəisinə eskalasiya etmək;
Effektivlik yoxlamalarından sonra islahedici və qabaqlayıcı tədbirləri (CAPA) təsdiqləmək və bağlamaq.
Tələblər
- Təhsil: Bakalavr (Təyyarə mühəndisliyi və ya aviasiya ilə əlaqəli sahə)
- Dil bilikləri: Azərbaycan dili – səlis
- İngilis dili – səlis
- Minimum 5 il iş təcrübəsi (CAMO və ya Part 145 üzrə)
- Kompüter bilikləri: MS Office
- Keyfiyyət İdarəetmə Sistemi (QMS) alətləri (məsələn, SafetyManager365), məlumatların təhlili və KPI panellərinin idarə edilməsi üzrə peşəkar bacarıqlar
- Ünsiyyət bacarıqları (yazılı, şifahi)
- Danışıqların aparılması bacarığı
- Qərar vermə bacarığı
- Problemi həll etmə bacarığı
- Təqdimat bacarığı
- Dəyişikliklərə uyğunlaşmaq bacarığı
- Komandada işləmə bacarığı
- Heydər Əliyev Beynəlxalq Hava Limanı
Oxşar elanlar
- Maliyyə üzrə mütəxəssisFoton · Bu gün
- Art DirektorSuper Toys · Bu gün
- Qiymətin Əmələ Gəlməsi, Tarif və Rentabellik şöbəsi/ Aparıcı İqtisadçıAzərbaycan Hava Yolları (AZAL) · Bu gün
- Problemli kreditlərlərin idarə edilməsi üzrə mütəxəssis ( İcra və məhkəmə işləri )Bank VTB (Azərbaycan) · Bu gün
- Material AnalystIRES · Dünən
- Biznes proseslərinin idarəedilməsi üzrə mütəxəssisFoton · Dünən