Məzmuna keçin
Azərbaycan Hava Yolları (AZAL) yerləşdirilib

Mühəndis-proqramlaşdırıcı/ Hava Yolları Rəqəmsal Məhsullar Mərkəzi

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Aviaşirkətin ixtisaslaşdırılmış proqram təminatı üçün texniki dəstək;

Rəqəmsal kommersiya məhsullarının və mobil tətbiqlərinin daxilində həyata keçirilmiş bütün layihələrin inteqrasiyası və texniki dəstəyini icra etmək;

İnsident və sorğuların idarə edilməsi; QA-manual testlərin aparılması;

Aviaşirkətdə istifadə olunan sistemlərin performansının monitorinqi və təhlili;

İstifadəçilərin təlimi. Təlim sessiyalarının keçirilməsi və ixtisaslaşdırılmış proqram təminatının istifadəsi üzrə istifadəçi təlimatlarının hazırlanması;

Mürəkkəb texniki problemləri həll etmək üçün digər şöbələrlə əməkdaşlıq etmək;

Məxfi məlumatlarla işləyərkən və sistemlərə daxil olarkən şirkətin təhlükəsizlik siyasətlərinə əməl olunmasının təmin edilməsi;

Bacarıqların inkişafı və öz üzərində çalışma: İT sahəsində yeni texnologiyalar və metodlarla tanış olma;

Dəstək proseslərinin avtomatlaşdırılması və optimallaşdırılması.

Tələblər

  • Təhsil səviyyəsi: Ali ( IT sahəsində)
  • IT sahəsində minimum 1-2 il iş təcrübəsi
  • Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı
  • Təqdimat bacarıqlar
  • Problemi həll etmə, analitik düşünmə, komanda ilə işləmə bacarığı
  • Danışıqların aparılması bacarığı
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
  • Dəyişikliklərə uyğunlaşmaq bacarığı
  • Microsoft Office proqramları (MS Word, PowerPoint, Excel – əla səviyyədə)
  • Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yüksək), Rus dili (yüksək)
  • Növbəli
  • Heydər Əliyev Beynəlxalq Hava Limanı

Üstünlük hesab olunur

  • Proqramlaşdırma bilikləri arzuolunandır

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →