Məzmuna keçin
Azərbaycan Hava Yolları (AZAL) yerləşdirilib

Qiymətin Əmələ Gəlməsi, Tarif və Rentabellik şöbəsi/ Aparıcı İqtisadçı

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Kommersiya strukturları ilə biznes tərəfdaşlığı çərçivəsində əməkdaşlığın həyata keçirilməsi;

Gəlirlərin təhlil edilməsi və büdcə göstəricilərinə uyğunluğunun yoxlanılması;

Agent bonusları və komissiya ödənişlərinin düzgünlüyünün yoxlanılması;

Reyslərin rentabelliyinin təhlil edilməsi və müvafiq göstəricilərə nəzarətin həyata keçirilməsi;

Uçuş xərclərində baş verən dəyişikliklərin təhlil edilməsi və qiymətləndirilməsi;

Statistik və dövri hesabatların hazırlanması və təqdim edilməsi;

Rəhbərlik tərəfindən verilən digər analoji tapşırıqların icra edilməsi.

Tələblər

  • Təhsil: İqtisadiyyat, Maliyyə, Menecment və ya müvafiq sahə üzrə bakalavr dərəcəsi
  • Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – əla
  • Kompüter bilikləri: MS Excel – yüksək səviyyə (pivot table, lookup-lar, formullar, dashboard yanaşması), MS PowerPoint – analitik təqdimatların hazırlanması, MS Word – rəsmi yazışmalar
  • İş təcrübəsi: minimum 3 il
  • Detallara diqqət və məsuliyyət
  • Effektiv ünsiyyət və komandada işləmək bacarığı
  • Qeyd: Xarici partnyorlarla iclas və görüşlərdə iştirak üçün aktiv verbal xarici dil bacarıqları vacibdir
  • Heydər Əliyev Beynəlxalq Hava Limanı

Üstünlük hesab olunur

  • Xaricdə əyani təhsil təcrübəsi arzuolunandır
  • Rus dili – (arzuolunandır)
  • Aviasiya, nəqliyyat, logistika və ya iri korporativ strukturlarda təcrübə üstünlükdür
  • İATA, İCAO, ACCA, CFA, CFI kimi qurumların sertifikatlarına sahib olmaq üstünlükdür

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →