Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri
Kreativ və vizual kontent fəaliyyətinin planlaşdırılması və idarə olunması;
Kreativ və kontent komandasının fəaliyyətinin koordinasiyası;
Brendin marketinq və kreativ kommunikasiya strategiyasının hazırlanmasında iştirak və vizual icrasına nəzarət;
Reklam kampaniyaları, mövsümi layihələr və xüsusi marketinq aktivlikləri üçün kreativ ideyaların və vizual konseptlərin hazırlanmasına rəhbərlik etmək;
Sosial media və digər kommunikasiya kanalları üçün vizual kontent strategiyasının və aylıq planların hazırlanmasını təmin etmək;
Foto və video çəkilişlərin konseptlərinin hazırlanması, təşkili və icrasına nəzarət etmək;
Kreativ ideyaların vizual və mətn formatında düzgün reallaşdırılmasını təmin etmək;
Reklam və kampaniya materiallarının keyfiyyətinə, brend üslubuna və kommunikasiya standartlarına nəzarət etmək;
Komanda üzvləri arasında iş bölgüsünü aparmaq, tapşırıqların icrasını və nəticələrini qiymətləndirmək;
Rəqib şirkətlərin marketinq fəaliyyətini, bazar tendensiyalarını və yeni kreativ yanaşmaları izləmək;
Marketinq fəaliyyətinin effektivliyini təhlil etmək və mütəmadi hesabatlar hazırlamaq.
İş şəraiti
İş qrafiki: Tam iş günü;
6 günlük iş rejimi;
AR qanunvericiliyinə əsasən rəsmi qeydiyyat;
Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən edilir.
Mövzu hissəsində “Art Direktor”qeyd edərək CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Tələblər
- Art Direksiya, qrafik dizayn, marketinq və ya kreativ kommunikasiya sahəsində minimum 3 il iş təcrübəsi
- Kreativ və dizayn komandalarının idarə edilməsi üzrə təcrübə
- Güclü kreativ düşüncə, vizual zövq və fərqli ideyalar yaratmaq bacarığı
- Sosial media, rəqəmsal marketinq və kontent istehsalı proseslərini yaxşı bilmək
- Foto və video istehsalı prosesləri haqqında anlayış
- Reklam mətnləri, vizual konseptlər və kreativ layihələrlə işləmək bacarığı
- Güclü kommunikasiya, təşkilatçılıq və liderlik bacarıqları
- Eyni zamanda bir neçə layihəni idarə etmək və prioritetləri düzgün müəyyənləşdirmək bacarığı
Oxşar elanlar
- Maliyyə üzrə mütəxəssisFoton · Bu gün
- Qiymətin Əmələ Gəlməsi, Tarif və Rentabellik şöbəsi/ Aparıcı İqtisadçıAzərbaycan Hava Yolları (AZAL) · Bu gün
- Problemli kreditlərlərin idarə edilməsi üzrə mütəxəssis ( İcra və məhkəmə işləri )Bank VTB (Azərbaycan) · Bu gün
- Material AnalystIRES · Dünən
- Biznes proseslərinin idarəedilməsi üzrə mütəxəssisFoton · Dünən
- Korporativ Audit və Uyğunluq Departamentinin DirektoruMətanət A Şirkətlər Qrupu · Dünən