Məzmuna keçin
Super Toys yerləşdirilib

Maliyyə Direktoru

Şəhər
Bakı

Vakansiya haqqında

Şirkətin maliyyə fəaliyyətinin effektiv idarə edilməsini təmin edəcək təcrübəli Maliyyə Direktoru axtarırıq.

Vəzifə öhdəlikləri:

Şirkətin ümumi maliyyə siyasətini hazırlamaq və həyata keçirilməsinə rəhbərlik etmək;

İllik büdcənin hazırlanmasını, icrasına nəzarəti təşkil etmək;

Gəlir, xərc, mənfəət və rentabellik göstəricilərini təhlil etmək;

Pul vəsaitlərinin hərəkətini (Cash Flow) və likvidliyi idarə etmək;

Maliyyə risklərini müəyyənləşdirmək, qiymətləndirmək və onların minimallaşdırılması istiqamətində tədbirlər görmək;

Maliyyə hesabatlarının düzgün və vaxtında hazırlanmasını təmin etmək;

Vergi öhdəliklərinin və qanunvericilik tələblərinin yerinə yetirilməsinə nəzarət etmək;

Maliyyə nəzarəti və hesabatlılıq sistemlərinin təkmilləşdirilməsini təmin etmək;

Şirkətin investisiya və inkişaf layihələrinin maliyyə qiymətləndirilməsini həyata keçirmək;

Maliyyə departamentinin fəaliyyətini idarə etmək, komandanın peşəkar inkişafını təmin etmək;

Rəhbərliyə maliyyə nəticələri və biznesin inkişafı ilə bağlı analitik hesabatlar və təkliflər təqdim etmək.

Biz təklif edirik:

Rəqabətqabiliyyətli əmək haqqı;

Dinamik və inkişafyönümlü iş mühiti;

Şirkətin strateji qərarvermə prosesində iştirak imkanı.

İş yeri: Sədərək TM

Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq, razılaşma yolu ilə.

CV-lərinizi mövzu hissəsində “Maliyyə Direktoru” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Tələblər

  • Maliyyə, iqtisadiyyat, mühasibat uçotu və ya əlaqəli sahələr üzrə ali təhsil
  • Maliyyə sahəsində minimum 5 il, rəhbər vəzifədə minimum 3 il iş təcrübəsi
  • Maliyyə planlaşdırılması, büdcələşdirmə və maliyyə təhlili üzrə dərin biliklər
  • Vergi qanunvericiliyi və mühasibat uçotu standartları üzrə praktiki biliklər
  • Maliyyə hesabatlığı üzrə (milli və IFRS) dərin və köklü biliklər
  • Pul vəsaitlərinin hərəkətinin və dövriyyə kapitalının idarə edilməsi üzrə təcrübə
  • ERP və maliyyə proqramları, MS Excel ilə yüksək səviyyədə işləmək bacarığı
  • Strateji düşünmə, analitik təhlil və qərarvermə bacarığı
  • Güclü liderlik, kommunikasiya və komanda idarəetmə bacarıqları
  • Yüksək məsuliyyətlilik və nəticəyönümlülük

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →