Vakansiya haqqında
SuperToys komandası böyüməyə davam edir!
Premium mağazamızın idarə edilməsini həyata keçirəcək, yüksək xidmət standartlarını təmin edəcək və satış nəticələrinə rəhbərlik edəcək peşəkar Mağaza Meneceri axtarırıq.
Vəzifə öhdəlikləri:
Mağazanın gündəlik fəaliyyətini təşkil və idarə etmək;
SuperToys standartlarının və premium xidmət keyfiyyətinin təmin edilməsinə nəzarət etmək;
Satış hədəflərini müəyyənləşdirmək və icrasını təmin etmək;
Komandanı idarə etmək, motivasiya etmək və inkişaf etdirmək;
Müştəri məmnuniyyətini və VIP müştərilərə fərdi yanaşmanı təmin etmək;
Mağazanın merçendayzinq, kassa, anbar və stok proseslərinə nəzarət etmək;
Satış göstəricilərini təhlil etmək, nəticələrin artırılması üçün təkliflər hazırlamaq;
Rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək.
Biz təklif edirik:
Rəqabətqabiliyyətli əmək haqqı və bonus sistemi;
Peşəkar inkişaf və karyera imkanları;
Dinamik və inkişafyönümlü iş mühiti.
Əmək haqqı: 1300–1700 AZN
CV-lərinizi mövzu hissəsində “Premium Mağaza Meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Tələblər
- Ali təhsil
- Pərakəndə satış sahəsində minimum 5 il iş təcrübəsi
- Mağaza idarəçiliyi və komanda rəhbərliyi üzrə minimum 5 il təcrübə
- Rus dili mütləqdir (sərbəst danışıq səviyyəsində)
- Güclü liderlik və idarəetmə bacarıqları
- Yüksək səviyyəli ünsiyyət və müştəriyönümlülük
- Analitik düşünmə və satış göstəricilərini təhlil etmək bacarığı
- Təşəbbüskarlıq, məsuliyyətlilik və nəticəyönümlülük
- MS Office və satış proqramları ilə işləmək bacarığı
Oxşar elanlar
- Tibbi nümayəndə (Kardiologiya)Pasha-K · Bu gün
- Birbaşa satış üzrə baş mütəxəssisMeqa Sığorta ASC · Bu gün
- Müştəri təcrübəsi üzrə aparıcı mütəxəssisKontakt Home · Bu gün
- Strateji satış üzrə baş mütəxəssisMeqa Sığorta ASC · Bu gün
- StorekeeperIRES · Dünən
- Satış meneceriDörd Qardaş MTK · Dünən