Məzmuna keçin
Meqa Sığorta ASC yerləşdirilib

Strateji satış üzrə baş mütəxəssis

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Struktur bölmə: Satış departamenti – Strateji satış şöbəsi

Vəzifə öhdəlikləri:

Cəmiyyət üçün strateji əhəmiyyət daşıyan iri holdinqlər, transmilli şirkətlər və dövlət əhəmiyyətli qurumlar üzrə satış imkanlarını müəyyən etmək və inkişaf etdirmək;

Yüksək büdcəli, yüksək sığorta tutumlu, kompleks və xüsusi risklər üzrə sığorta həllərinin hazırlanması və satış prosesinin aparıcı koordinasiyasını həyata keçirmək;

Strateji müştərilərin biznes və risk ehtiyaclarını dərindən təhlil etmək, fərdi sığorta proqramları və uzunmüddətli əməkdaşlıq təklifləri hazırlamaq;

Müştərilərlə danışıqlar aparmaq, kommersiya şərtlərinin razılaşdırılması və müqavilələrin bağlanması prosesində iştirak etmək;

Özünün cəlb etdiyi və/və ya məsuliyyətinə təhkim edilmiş müştərilərlə davamlı əlaqələrin saxlanılması, həmin müştərilərlə bağlanmış sığorta müqavilələrinin vaxtında yenilənməsi, müştəri ehtiyaclarının müəyyən edilməsi və əlavə satış imkanlarının inkişaf etdirilməsi;

Debitor borcların minimuma endirilməsi və ödənişlərin müqavilə şərtlərinə əsasən ödənilməsinin təmin olunması;

Strateji satış nəticələrini və portfel göstəricilərini təhlil etmək, rəhbərliyə əsaslandırılmış təklif və hesabatlar təqdim etmək.

İş şərtləri:

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən sənədləşmə;

İş vaxtı: 5 günlük iş həftəsi, saat 09:00-dan 17:45-dək (cümə günü 17:00-dək);

İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 19A;

Əmək haqqı: namizədin peşəkar səriştə, bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.

İmtiyazlar:

Karyera və peşəkar inkişaf üçün imkanlar;

Peşəkar komandada işləmək imkanı;

Tibbi sığorta təminatı;

Push30.az xidməti vasitəsilə fitnes mərkəzlərinə üzvlük.

Zəhmət olmasa, mövzu bölməsində “Strateji satış üzrə baş mütəxəssis” qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan e-mail ünvanına göndərin. Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət ediləcək.

Tələblər

  • Ali təhsil
  • İş təcrübəsi: sığorta, satış və ya biznesin inkişafı üzrə minimum 3 il iş təcrübəsi
  • Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
  • MS Office proqramlarında, xüsusilə Excel və Word-də işləmək bacarığı
  • Yüksək kommunikasiya, Təqdimatemə, danışıqlar aparmaq və müştəriyönümlü xidmət bacarıqları
  • Komanda ilə işləmək, məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük
  • Mürəkkəb müştəri portfeli və satış proseslərinin müstəqil idarə edilməsi, danışıqların aparılması və nəticələrin təhlili üzrə təcrübə

Üstünlük hesab olunur

  • Rus və/və ya ingilis dili biliyi arzuolunandır

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →