Vakansiya haqqında
Mağazalar, onlayn satış, əlaqə mərkəzi, çatdırılma, quraşdırılma və servis üzrə müştəri təcrübəsinin təhlil edilməsi;
Müştəri səyahəti xəritələrinin (CJM) hazırlanması, problemli məqamların müəyyənləşdirilməsi və təkmilləşdirmə təkliflərinin verilməsi;
NPS, CSAT və CES sorğularının, müştəri müsahibələrinin və alış etməyən müştərilərlə araşdırmaların planlaşdırılması və həyata keçirilməsi;
Sorğu anketlərinin hazırlanması, hədəf auditoriyanın, seçmə həcminin və sorğuların keçirilmə vaxtının müəyyən edilməsi;
Müştəri rəylərinin, şikayətlərinin və təkrar müraciətlərinin təhlil edilməsi, narazılıqların əsas səbəblərinin müəyyənləşdirilməsi;
Mağaza, kanal, region və xidmət mərhələləri üzrə hesabatların hazırlanması, nəticə və tövsiyələrin rəhbərliyə təqdim edilməsi;
Aidiyyəti bölmələrlə təkmilləşdirmə planlarının razılaşdırılması, icra prosesinin və nəticələrin izlənilməsi;
Mənfi rəy bildirən müştərilərlə geri dönüş prosesinə və problemlərin həllinə nəzarət edilməsi;
IT, BI və CRM komandaları ilə sorğuların, məlumatların toplanması və hesabatların avtomatlaşdırılması prosesində iştirak edilməsi.
Tələblər
- Ali təhsil
- Müştəri təcrübəsi, müştəri araşdırmaları, xidmət keyfiyyəti və ya əlaqəli sahədə minimum 3 il iş təcrübəsi
- Azərbaycan və rus dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı
- Kəmiyyət və keyfiyyət araşdırmalarının planlaşdırılması, keçirilməsi və nəticələrinin təhlili üzrə praktiki təcrübə
- NPS, CSAT və CES metodologiyaları, seçmənin formalaşdırılması və müştəri seqmentasiyası üzrə biliklər
- Müştəri səyahəti xəritələrinin (CJM) hazırlanması və problemlərin kök səbəblərinin təhlili bacarığı
- Excel proqramında sərbəst işləmək bacarığı (Pivot cədvəllər, düsturlar, məlumatların emalı və yoxlanılması)
- Hesabatların hazırlanması, göstəricilərin düzgün şərh edilməsi və nəticələrin təqdim olunması bacarığı
- Təhlil nəticələrini konkret fəaliyyət planına çevirmək və dəyişikliklərin effektivliyini ölçmək bacarığı
- Analitik düşüncə, detallara diqqət, məsuliyyət və müstəqil işləmək bacarığı
- Müxtəlif bölmələrlə səmərəli əməkdaşlıq və layihələrin icrasını koordinasiya etmək bacarığı
- Pərakəndə satış və ya elektron ticarət sahəsində təcrübə
Üstünlük hesab olunur
- Power BI, Power Query, SQL bilikləri və CRM sistemləri ilə iş təcrübəsi arzuolunandır
- Həmçinin ingilis dili biliyi üstünlükdür
Oxşar elanlar
- Tibbi nümayəndə (Kardiologiya)Pasha-K · Bu gün
- Birbaşa satış üzrə baş mütəxəssisMeqa Sığorta ASC · Bu gün
- Strateji satış üzrə baş mütəxəssisMeqa Sığorta ASC · Bu gün
- StorekeeperIRES · Dünən
- Mağaza MeneceriSuper Toys · Dünən
- Satış meneceriDörd Qardaş MTK · Dünən