Məzmuna keçin
Kontakt Home yerləşdirilib

Aparıcı Kopirayter (Video yönümlü)

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

TV reklamları, kampaniya çarxları, Reels və TikTok videoları üçün kreativ ideyaların və dinamik ssenarilərin hazırlanması;

Video məzmunun konseptinin formalaşdırılması və yaradıcı ideyaların inkişaf etdirilməsi;

Ssenarilərin çəkiliş prosesinə uyğunlaşdırılması və vizual həllərin nəzərə alınması;

Rejissor, prodüser və kontent komandası ilə sıx əməkdaşlığın qurulması;

İdeyanın yaranmasından çəkiliş və prodakşn mərhələsinədək prosesdə iştirak edilməsi;

Junior və middle kopirayterlərin işlərinin qiymətləndirilməsi və konstruktiv rəylərin verilməsi;

Komanda üzvlərinin peşəkar inkişafına dəstək göstərilməsi və yazı keyfiyyətinin yüksəldilməsi;

Kontakt brendinin ünsiyyət tonunun bütün kommunikasiya kanallarında qorunması;

Sosial media trendlərinin və lokal yumorun yaradıcı məzmunlarda tətbiq edilməsi;

Süni intellekt alətlərindən ideya generasiyası və ssenari strukturunun hazırlanmasında istifadə edilməsi.

Biz təklif edirik:

Böyükmiqyaslı reklam kampaniyalarında və kreativ layihələrdə iştirak imkanı;

Güclü prodakşn dəstəyi və yaradıcı ideyaları reallaşdırmaq imkanı;

Peşəkar və dinamik komanda ilə işləmək;

Rəsmi əmək müqaviləsi;

Rəqabətədavamlı əməkhaqqı.

Tələblər

  • Ali təhsil
  • Kopiraytinq və ya ssenaristlik sahəsində minimum 3-4 il iş təcrübəsi
  • Video kontent və reklam çarxları üzrə praktiki təcrübə və güclü portfolio
  • Yazılı məzmunu vizual olaraq təsəvvür etmək, kadr ritmini, aktyor oyununu və montaj dinamikasını anlamaq bacarığı
  • Komanda üzvlərinə istiqamət vermək və konstruktiv rəy bildirmək bacarığı
  • Azərbaycan dilində sərbəst, təbii və yaradıcı yazı bacarığı
  • Eyni vaxtda bir neçə layihəni idarə etmək və prioritetləri düzgün müəyyənləşdirmək bacarığı
  • Detallara diqqət, kreativ düşüncə və güclü kommunikasiya bacarıqları

Üstünlük hesab olunur

  • Rus və ya ingilis dili biliyi arzuolunandır
  • Süni intellekt alətlərindən istifadə üzrə biliklər arzuolunandır

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →