Məzmuna keçin
Grand-Agro MMC yerləşdirilib

Satış və Marketinq meneceri

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Satış və marketinq strategiya və planlarının icrasını təmin etmək;

Pərakəndə satış və distribyutor kanalları üzrə satış, gəlirlilik və paylanma hədəflərini idarə etmək;

Bazar, rəqib, qiymət və istehlakçı tendensiyalarını təhlil etmək;

Yeni müştəri və satış imkanlarını müəyyən etmək və inkişaf etdirmək;

Distribyutor və əsas müştərilərlə əməkdaşlığı idarə etmək;

Marketinq kampaniyalarını, təşviqat və ticarət marketinqi fəaliyyətlərini koordinasiya etmək;

Brend, rəqəmsal kommunikasiya və mağazadaxili görünürlük fəaliyyətlərini idarə etmək;

Satış və marketinq göstəricilərini təhlil etmək və hesabatlar hazırlamaq;

Satış və marketinq büdcəsinin icrasına nəzarət etmək;

Aidiyyəti struktur bölmələrlə koordinasiyanı təmin etmək.

Tələblər

  • Marketinq, biznesin idarə edilməsi, iqtisadiyyat və ya əlaqəli sahədə ali təhsil
  • Sürətli istehlak malları sektorunda satış və/və ya marketinq üzrə minimum 5 il, rəhbər və ya nəzarətçi səviyyəsində minimum 2 il təcrübə
  • Pərakəndə satış, distribyutorların idarə edilməsi və əsas müştərilərlə iş üzrə təcrübə
  • Analitik və strateji düşüncə
  • Excel və PowerPoint üzrə yaxşı bilik
  • Azərbaycan və İngilis dili biliyi
  • Güclü kommunikasiya və danışıqlar aparmaq bacarığı
  • Nəticəyönümlülük və təşəbbüskarlıq

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →