Məzmuna keçin
Grand-Agro MMC yerləşdirilib

Mühasib

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

  • Təchizatçılardan daxil olan elektron qaimələrin (e-qaimələrin) yoxlanılması və mühasibat uçotunda düzgün əks etdirilməsinin təmin edilməsi;
  • E-qaimələr üzrə ilkin sənədlərin (təvil-təslim aktları, hesab-fakturalar və digər təsdiqedici sənədlər) yoxlanılması;
  • Təchizatçılarla üzləşmə aktlarının hazırlanması, qarşılıqlı hesablaşmaların yoxlanılması və fərqlərin araşdırılması;
  • Təchizatçılar üzrə kreditor borclarının izlənilməsi, qalıqların yoxlanılması və müvafiq hesabatların hazırlanması;
  • Daxil olan sənədlərdə aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üçün aidiyyəti şəxslərlə əlaqələndirmənin aparılması;
  • Mühasibat uçotu sisteminə (1C) məlumatların düzgün və vaxtında daxil edilməsi, sənədlərin elektron və fiziki arxivləşdirilməsinin təmin edilməsi;
  • Təchizatçılar üzrə kreditor borclarının yaşlandırma hesabatının (Accounts Payable Aging) hazırlanması, vaxtı keçmiş borcların müəyyən edilməsi və aidiyyəti şəxslərə məlumat verilməsi;
  • Təchizatçılara ödənişlərin həyata keçirilməsi üçün tələb olunan sənədlərin və məlumatların hazırlanması, ödənişlərin təsdiq edilmiş müqavilə və sifariş şərtlərinə uyğunluğunun yoxlanılmasına dəstək göstərilməsi;
  • Kreditor borcları üzrə aylıq bağlanış prosesində iştirak edilməsi, hesab qalıqlarının yoxlanılması və maliyyə hesabatlarının hazırlanması üçün zəruri məlumatların təqdim edilməsi.

Tələblər

  • Təhsil : Ali ( Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu və Audit, Menecment ixtisasları)
  • Təcrübə: Müvafiq sahədə 1-3 il
  • Sertifikatlar: PMS, ACCA ( F3,F7)
  • İT üzrə biliklər: MS Office və 1C (və ya digər mühasibatlıq proqramları)
  • Texniki Bacarıqlar
  • Vergi Məcəlləsi, Əmək Məcəlləsi üzrə biliklər
  • Mühasibat uçotu hesablar planı
  • Mühasibat hesabının təşkili və hesabatın tərtibi üzrə yuxarı orqanların əsasnamə, sərəncam və əmrlərini
  • Müvafiq ERP proqramları, BTP və Elektron Hökümət Portalı üzrə işləmək bacarığı
  • Uçot və hesabatı
  • Hesabatların plan və korrespondensiyasını
  • Hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkilini
  • Sənədlərin rəsmiləşdirilməsi qaydaları
  • Səriştəlik

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →