Məzmuna keçin
TAİS İKF yerləşdirilib

Satınalma və Logistika meneceri

Şəhər
Bakı

Vakansiya haqqında

TAİS-İKF MMC komandamıza məsuliyyətli və təcrübəli “Satınalma və Logistika meneceri” axtarırıq.

Vəzifə öhdəlikləri:

Şirkətin satınalma və təchizat ehtiyaclarını müəyyənləşdirmək

Təchizatçılar üzrə bazar araşdırması aparmaq və qiymət təklifləri toplamaq

Optimal qiymət və keyfiyyət şərtləri əsasında təchizatçıları seçmək

Satınalma sifarişlərini hazırlamaq və icrasını təşkil etmək

Təchizatçılarla danışıqlar aparmaq və əməkdaşlıq əlaqələrini qurmaq

Satınalma müqavilələrinin hazırlanması və icrasına nəzarət etmək

Satınalma büdcəsinə və xərclərə nəzarət etmək

Təchizatçılar tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsini izləmək

Çatdırılma zamanı yaranan gecikmə, çatışmazlıq və digər problemlərin həllini təşkil etmək

Satınalma xərclərinin optimallaşdırılması və büdcədən səmərəli istifadə ilə bağlı tədbirlər görmək

Anbar və logistika bölmələri ilə koordinasiyanı təmin etmək

Satınalma və təchizat fəaliyyəti üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək

İş şəraiti:

İş qrafiki: 6 günlük iş rejimi

Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir

İş yeri: TAİS-İKF MMC

Ünvan: Bakı şəhəri

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satınalma və Logistika meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

  • Ali təhsil (iqtisadiyyat, biznesin idarə edilməsi, logistika və ya müvafiq sahə üzrə)
  • Satınalma və təchizat sahəsində minimum 5 il iş təcrübəsi
  • MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı
  • Analitik düşünmə və problem həll etmə bacarığı
  • Planlaşdırma, təşkilatçılıq və vaxtın idarə edilməsi bacarığı

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →