Gömrük bəyannaməçisi (avtomobil rəsmiləşdirilməsi üzrə)
- Maaş
- 700 – 1 200 AZN
- Şəhər
- Bakı
- İş növü
- Tam iş günü
Vakansiya haqqında
Nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi sahəsində sərbəst və dəqiq işləyə bilən təcrübəli bəyannaməçi tələb olunur.
İş yeri: Qaradağ rayonu, Xocəsən yolu 57 (Meyvəli Ticarət Mərkəzinin yanı)
İş rejimi: Tam iş günü (həftə içi iş qrafiki, zərurət olduqda əməliyyatların çevik koordinasiyası)
Əmək haqqı / Ödəniş: Təcrübə və bacarıqlara uyğun razılaşma əsasında (əlavə bonus/nəticə üzrə stimullaşdırma imkanı ilə)
İş şəraiti: Aktiv və dinamik komanda, real gömrük və nəqliyyat əməliyyatları üzrə təcrübə, peşəkar inkişaf imkanı
Rəsmiləşdirmə: Razılaşdırılmış şərtlərə uyğun rəsmi işə qəbul
Ünvan: Qaradağ rayonu, Xocəsən yolu 57 (Meyvəli Ticarət Mərkəzinin yanı)
Öhdəliklər
Avtomobillərin (minik, yük və s.) gömrük rəsmiləşdirilməsi prosesinin aparılması və gömrük bəyannamələrinin tərtibi
Rəsmiləşdirmə üçün tələb olunan sənədlərin yoxlanılması, hazırlanması və müvafiq sistemlər üzrə işlənilməsi
Gömrük rüsumları, ödənişlər və tələblərlə bağlı əməliyyatların vaxtında və səhvsiz icrası
Müştərilər və aidiyyəti qurumlarla işgüzar kommunikasiyanın saxlanılması
Tələblər
- Avtomobil rəsmiləşdirilməsi və bəyannamə tərtibi sahəsində real iş təcrübəsi
- Azərbaycan Respublikasının gömrük qanunvericiliyi və rəsmiləşdirmə qaydaları üzrə biliklər
- Sənədlərlə yüksək dəqiqliklə, məsuliyyətli və operativ işləmək bacarığı
- Komandada işləmək və nəticəyönümlü yanaşma
Oxşar elanlar
- Anbar OperatoruMətanət A Şirkətlər Qrupu · Dünən
- Regional Hava Limanları üzrə Dispetçerlərin Tədris ProqramıAzərbaycan Hava Yolları (AZAL) · Dünən
- Satınalma üzrə mütəxəssis (Daxili bazar)Embawood · Dünən
- Satınalma və Logistika meneceriTAİS İKF · 2 gün əvvəl
- İstehsalat üzrə Satınalma MütəxəssisiMətanət A Şirkətlər Qrupu · 2 gün əvvəl
- Şirvan PEZ filialında dispetçerAzərpambıq ASK MMC · 2 gün əvvəl