İstehsalat üzrə Satınalma Mütəxəssisi
- Şəhər
- Bakı
- İş növü
- Tam iş günü
Vakansiya haqqında
İstehsal müəssisələrinin ehtiyaclarına uyğun olaraq xammal, material və digər istehsal ehtiyatlarının satınalma proseslərini planlaşdırmaq, təşkil etmək və icrasını təmin etmək;
İstehsal planlarını və mövcud ehtiyatları nəzərə alaraq satınalma tələbatını müəyyənləşdirmək, sifarişlərin vaxtında yerləşdirilməsini və icrasını təmin etmək;
Istehsal prosesinin fasiləsizliyini təmin etmək məqsədi ilə strateji əhəmiyyətli satınalmaları prioritetləşdirmək və operativ şəkildə idarə etmək;
Yerli və beynəlxalq bazarlarda potensial təchizatçıları araşdırmaq, alternativ təchizat mənbələri müəyyənləşdirmək və yeni əməkdaşlıq imkanları yaratmaq;
Təchizatçılardan kommersiya təklifləri toplamaq, qiymət, keyfiyyət, çatdırılma müddəti və digər kommersiya şərtləri üzrə müqayisəli təhlillər aparmaq;
Təchizatçılarla peşəkar kommersiya danışıqları aparmaq, şirkətin maraqlarına uyğun optimal qiymət, ödəniş və çatdırılma şərtlərinin əldə edilməsini təmin etmək;
Satınalma proseslərində xərclərin optimallaşdırılması, təchizat risklərinin minimuma endirilməsi və təchizatın davamlılığının təmin edilməsi istiqamətində fəaliyyət göstərmək;
Satınalma sifarişlərinin icrasına nəzarət etmək, yarana biləcək gecikmə və uyğunsuzluqların operativ həlli üçün müvafiq tədbirlər görmək.
İş şəraiti:
İş saatı: 09:00-dan 18:00-dək;
İstirahət: Şənbə və bazar günü;
İş yeri: Luxen Plaza.
Biz nə təklif edirik:
Əmək haqqı (Razılaşma yolu ilə);
Şəhərin mərkəzində ofis;
Dinamik və gənc komanda ilə iş imkanı.
Tələblər
- Ali
- İş təcrübəsi: minimum 3 il
- Dil bilikləri: Azərbaycan, İngilis və Rus dilləri
- Kompüter bilikləri: Word, Excel, Outlook və 1C
Oxşar elanlar
- Xarici satınalma üzrə mütəxəssis və aparıcı mütəxəssisGrinco · Dünən
- Kapitan (Bakı Limanı)Azərbaycan Dəmir Yolları · Dünən
- SürücüSuper Toys · Dünən
- Warehouse Worker (Truck Driver)US Embassy · Dünən
- SürücüGrand Catering · Dünən
- Təchizat üzrə aparıcı mütəxəssisGroupone · Dünən