Məzmuna keçin
Groupone yerləşdirilib

Təchizat üzrə aparıcı mütəxəssis

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Əsas vəzifələr

Şirkətin istehsalat və əməliyyat ehtiyaclarına uyğun təchizat proseslərini planlaşdırmaq və təşkil etmək;

Müvafiq struktur bölmələrdən daxil olan material və məhsul tələbatlarını təhlil etmək;

Yerli və xarici bazarlarda təchizatçıların araşdırılmasını və potensial tərəfdaşların müəyyən edilməsini həyata keçirmək;

Təchizatçılardan kommersiya təklifləri almaq, qiymət, keyfiyyət və çatdırılma şərtlərini müqayisə etmək;

Təchizatçılarla qiymət, ödəniş, çatdırılma müddəti və digər kommersiya şərtləri üzrə danışıqlar aparmaq;

Sifarişlərin vaxtında yerləşdirilməsini və çatdırılmasını təmin etmək;

Anbar qalıqlarına və material ehtiyatlarının hərəkətinə nəzarət etmək, ehtiyac yarandıqda müvafiq sifarişlərin verilməsini təşkil etmək;

Təchizatçılarla uzunmüddətli və etibarlı əməkdaşlıq münasibətləri qurmaq;

Təchizat müqavilələrinin, sifarişlərin və digər müvafiq sənədlərin hazırlanması və razılaşdırılması prosesində iştirak etmək;

İş şərtləri

İş yeri: Bakı şəhəri

Nahar şirkət tərəfindən təmin edilir

Əmək haqqı müsahibə zamanı təyin olunur

Uyğun namizədlər öz CV-lərini “Satınalma mütəxəssisi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

  • Ali təhsil
  • Təchizat, satınalma və ya logistika sahəsində minimum 3 il iş təcrübəsi
  • Təchizat zəncirinin idarə edilməsi və material təminatı prosesləri üzrə biliklər
  • Təchizatçılarla danışıqlar aparmaq və əməkdaşlıq münasibətlərini idarə etmək bacarığı
  • Müqavilə, sifariş və təchizat sənədləri ilə işləmək təcrübəsi
  • MS Office proqramlarında, xüsusilə Excel-də sərbəst işləmək bacarığı
  • Analitik düşünmə, planlaşdırma və problem həll etmə bacarığı
  • Yüksək məsuliyyətlilik, dəqiqlik, operativlik və komanda ilə işləmək bacarığı

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →