Məzmuna keçin
Groupone yerləşdirilib

İsti Bölüm Aşpazı

Maaş
800 – 1 000 AZN
Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Əsas vəzifə öhdəlikləri

Avropa mətbəxinə aid isti yeməklərin təsdiq edilmiş reseptlərə və texnoloji kartlara uyğun hazırlanmasını təmin etmək;

Ət, quş əti, balıq, tərəvəz, qarnirlər, souslar və digər isti yemək komponentlərinin düzgün hazırlanmasını həyata keçirmək;

Məhsulların ilkin emalını, porsiyalara bölünməsini və bişirilməyə hazırlanmasını müəyyən edilmiş standartlara uyğun icra etmək;

Yeməklərin dadına, görünüşünə, temperaturuna, teksturasına və təqdimat keyfiyyətinə nəzarət etmək;

Sifarişləri müəyyən edilmiş müddət ərzində, keyfiyyət standartlarını qorumaqla hazırlamaq;

Yeməklərin hazırlanması zamanı reseptlərə, porsiya ölçülərinə və təqdimat qaydalarına riayət etmək;

Mətbəxdə qida təhlükəsizliyi, sanitar-gigiyena və şəxsi gigiyena qaydalarına ciddi riayət etmək;

İş prosesində istifadə olunan avadanlıq və inventarların düzgün istismarını təmin etmək;

Baş aşpazın və ya birbaşa rəhbərin tapşırıqlarını vaxtında və keyfiyyətlə yerinə yetirmək;

Mətbəx komandası ilə koordinasiyalı işləmək və xidmət zamanı sifarişlərin fasiləsiz hazırlanmasına dəstək olmaq.

İş şəraiti

İş yeri: Bakı şəhəri

İş qrafiki: Növbəli

Əmək haqqı: 800-1000 Azn + tips

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

  • İsti bölüm aşpazı vəzifəsi üzrə müvafiq iş təcrübəsi
  • Avropa mətbəxinin yeməkləri, hazırlanma üsulları və bişirmə texnikaları üzrə praktiki biliklər
  • Sürətli iş mühitində diqqətli, operativ və keyfiyyətli işləmək bacarığı
  • Məsuliyyətli, səliqəli, intizamlı və detallara diqqətcil olmaq

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →