Məzmuna keçin
Grinco yerləşdirilib

Xarici satınalma üzrə mütəxəssis və aparıcı mütəxəssis

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

İş şəraiti

İş yeri — Bakı şəhəri, Xətai rayonu, Nobel otelinin yanı

İş qrafiki — Həftədə 5 gün, 08:30–17:30

Əmək haqqı — Vəzifəyə, namizədin bilik və təcrübəsinə uyğun olaraq razılaşma əsasında

Əsas vəzifələr

Müştəri sorğularını və tenderlərin texniki şərtlərini təhlil etmək, tələblərə uyğun məhsul və modelləri müəyyənləşdirmək.

Mövcud qiymət təkliflərinin qüvvədə olub-olmadığını yoxlamaq, ehtiyac olduqda yeni təchizatçılar tapmaq və qiymət sorğuları göndərmək.

Təklifləri texniki uyğunluq, qiymət, daşıma xərci və çatdırılma müddətinə görə müqayisə etmək, təchizatçı seçimini əsaslandırmaq.

Xarici istehsalçı və təchizatçılarla qiymət, ödəniş, zəmanət və çatdırılma şərtlərini razılaşdırmaq.

Satınalma sifarişlərini (PO) hazırlamaq və təsdiqdən sonra icrasını izləmək. Texniki sənədləri və sertifikatları toplamaq, invoys və qablaşdırma siyahısını sifarişlə tutuşdurmaq.

Yükləmə və çatdırılma tarixlərini təchizatçı və daşıyıcı ilə razılaşdırmaq, ERP sistemində sifariş məlumatlarını yeniləmək və mümkün gecikmələr barədə satış komandasını vaxtında məlumatlandırmaq.

Vəzifələr üzrə təcrübə və məsuliyyət

Mütəxəssis — Əvvəlki iş təcrübəsi tələb olunmur. Xarici satınalma sahəsində karyera qurmaq istəyən yeni məzunlar da müraciət edə bilərlər.

Aparıcı mütəxəssis — Xarici satınalma sahəsində praktiki təcrübə və mürəkkəb sifarişləri müstəqil idarə etmək bacarığı tələb olunur. Bu vəzifədə namizəd təchizatçılarla danışıqları aparacaq, təchizat risklərini qiymətləndirəcək və ehtiyac yarandıqda alternativ təchizat variantları hazırlayacaq.

Tələblər

  • İngilis dilində sərbəst işgüzar yazışma və danışıqlar aparmaq bacarığı mütləqdir
  • Texniki məlumatları təhlil etmək və Excel-də müqayisəli qiymət cədvəlləri hazırlamaq bacarığı
  • Sənədlərlə işləyərkən dəqiqlik, bir neçə sorğunu paralel izləmək və razılaşdırılmış müddətlərə əməl etmək bacarığı
  • Təşəbbüskarlıq, aydın ünsiyyət və müxtəlif məhsul qruplarını öyrənməyə maraq
  • İnkişaf imkanları

Üstünlük hesab olunur

  • Rus dilini bilmək üstünlükdür

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →