İşin təsviri
- Biznes proseslərinin qurulması, optimallaşdırılması və vahid yanaşma əsasında idarə olunması;
- Departamentdaxili fasiləsiz və effektiv kommunikasiyanın təmin edilməsi;
- Əməliyyatların koordinasiyası və proseslərin icrasına nəzarət;
- Proses sahibliyi (process ownership) rolunda çıxış edərək standartların tətbiqinə nəzarət;
- Çoxfunksiyalı (Cross-functional) komandalarla (Satış, Maliyyə, IT, Hüquq) kompleks layihələrin idarə edilməsi;
- Satış planlaşdırılması üzrə kanalların planlanması, icrası və nəzarəti;
- Proseslərin avtomatlaşdırılması və rəqəmsallaşdırılması layihələrinin idarə edilməsi;
- Layihələrin planlaşdırılması, resursların və risklərin idarə olunması;
- Biznes tələblərinin toplanması, texniki tapşırıqların və prosedurların hazırlanması;
- Dəyişikliklərin idarə olunması və istifadəçi kommunikasiyasının təşkili (Change Management);
- Komanda fəaliyyətinin monitorinqi və xidmət səmərəliliyinin artırılması.
Tələblər
- Ali təhsil (Bakalavr və ya Magistr dərəcəsi), peşə ilə bağlı ixtisaslaşma və sertifikatların olması üstünlükdür;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Azərbaycan, İngilis və Rus dillərini yüksək səviyyədə bilmək;
- MS Word, Excel, PowerPoint, Outlook proqramlarında sərbəst işləmək bacarığı;
- Trello, ClickUp, Jira, Confluence, BPMN alətləri və CRM sistemləri ilə işləmə təcrübəsi;
- Güclü yazılı və şifahi ünsiyyət bacarığı;
- Danışıqlar aparma və təqdimat bacarığı;
- Qərarvermə və problem həll etmə qabiliyyəti;
- Analitik düşüncə və öyrənməyə açıqlıq;
- Dəyişikliklərə uyğunlaşma və komandada işləmə bacarığı.
- İş rejimi: 5 günlük
- İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı