İşin təsviri
- Müştərilərdən daxil olan telefon zənglərini və digər kommunikasiya kanalları vasitəsilə müraciətləri qəbul etmək və operativ şəkildə cavablandırmaq;
- Müştərilərə şirkətin məhsul, xidmət, tarif, kampaniya və digər təklifləri haqqında dəqiq və dolğun məlumat vermək;
- Müştərilərin ehtiyaclarını müəyyənləşdirmək və uyğun xidmət və məhsullar barədə istiqamətləndirmək;
- Müştərilər tərəfindən təqdim olunan məlumatlar əsasında bron və rezervasiya proseslərini həyata keçirmək;
- Bronlaşdırma zamanı müvafiq sistemlərdə mövcudluq, tarix, vaxt, xidmət və digər zəruri məlumatları yoxlamaq və düzgün qeydiyyat aparmaq;
- Yaradılmış bronların təsdiqini, dəyişdirilməsini və ya ləğv edilməsini müəyyən edilmiş prosedurlara uyğun həyata keçirmək;
- Müştərilərə bron şərtləri, dəyişiklik və ləğv qaydaları barədə ətraflı məlumat vermək;
- Bronlaşdırma zamanı daxil edilən məlumatların düzgünlüyünü yoxlamaq və sistemdə tam şəkildə əks etdirmək;
- Müştəri müraciətləri, bronlar və digər əməliyyatlarla bağlı məlumatları müvafiq sistemlərdə qeydiyyata almaq;
- Mürəkkəb və xüsusi hallarla bağlı müraciətləri aidiyyəti struktur bölmələrə yönləndirmək və zəruri hallarda icra prosesini izləmək;
- Müştərilərin sual, təklif və şikayətlərini qəbul etmək, səlahiyyətləri çərçivəsində cavablandırmaq və həllinə dəstək göstərmək;
- Müştəri məmnuniyyətinin və yüksək xidmət standartlarının təmin edilməsinə töhfə vermək;
- Gündəlik fəaliyyət üzrə tələb olunan məlumat və hesabatların hazırlanmasında iştirak etmək;
- Əlaqə Mərkəzinin daxili prosedur, qayda və xidmət standartlarına riayət etmək;
- Rəhbərlik tərəfindən verilən digər müvafiq tapşırıqları yerinə yetirmək.
Tələblər
- Ali və ya orta ixtisas təhsili;
- Müştəri xidməti, Əlaqə Mərkəzi, məlumatlandırma, bronlaşdırma, turizm, aviasiya, otelçilik və ya xidmət sahəsində iş təcrübəsi arzuolunandır;
- Azərbaycan dilində səlis şifahi və yazılı nitq;
- Rus və/və ya ingilis dili biliyi üstünlükdür;
- Güclü kommunikasiya və aktiv dinləmə bacarığı;
- Müştəriyönümlü yanaşma və yüksək xidmət mədəniyyəti;
- Dəqiq və operativ işləmək bacarığı;
- Məlumatları düzgün qəbul etmək, təhlil etmək və sistemə daxil etmək bacarığı;
- Diqqətlilik və detallara yüksək səviyyədə önəm vermək;
- Eyni vaxtda bir neçə müraciəti idarə etmək və prioritetləşdirmək bacarığı;
- Stressli və intensiv iş şəraitində işləmək bacarığı;
- Problemləri operativ həll etmək və həll yönümlü yanaşmaq bacarığı;
- Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
- MS Office proqramlarında işləmək bacarığı;
- CRM, bronlaşdırma və ya müştəri müraciətlərinin idarə edilməsi sistemləri ilə işləmə təcrübəsi üstünlükdür;
- Məsuliyyətlilik, operativlik, diqqətlilik və yüksək iş intizamı.
İş yeri:
- Heydər Əliyev adına beynəlxalq hava Limanı.
İş rejimi:
- Növbəli.