Daxili Nəzarət İdarəsinin Monitorinq şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi

İşin təsviri

· Sahibkarlıq subyektinin kredit sifarişində qeyd edilmiş fəaliyyət növü ilə məşğul olub-olmamasının yoxlanılması;

· Sahibkarlıq subyektini dövri olaraq yerində və ya məsafədən maliyyə monitorinqi edilməsi;

· Borcalanların vaxtı keçmiş borcu yarandıqda, növbədənkənar maliyyə monitorinqlərinin aparılması

· Borcalanlar tərəfindən kreditlərin təyinatına uyğun olaraq istifadə edilməsinə nəzarət;

· Kredit üzrə girov/ipoteka qismində rəsmiləşdirilmiş əmlakın mövcudluğunun və vəziyyətinin yoxlanılması.

Tələblər

· Maliyyə, menecment, iqtisadiyyat və ya hüquq istiqaməti üzrə magistr təhsilin olması;

· Bankda Monitorinq və ya Biznes Kreditləri sahəsində (KOS, Korporativ və ya Mikro) minimum 2 il iş təcrübəsi;

· Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;

· Analitik düşüncə;

· Stressə davamlılıq, komandada işləmə bacarığı;

· Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün).