İşin təsviri
- Müştərilərdən daxil olan telefon zənglərini, elektron müraciətləri və digər kommunikasiya kanalları vasitəsilə müraciətləri qəbul etmək və operativ şəkildə cavablandırmaq;
- Müştərilərə şirkətin məhsul və xidmətləri haqqında ətraflı və düzgün məlumat vermək;
- Müştərilərin ehtiyaclarını müəyyənləşdirmək, uyğun məhsul və xidmətləri təqdim etmək və satış imkanlarını dəyərləndirmək;
- Daxil olan müraciətləri müvafiq sistemdə qeydiyyata almaq, məlumatları düzgün və tam şəkildə daxil etmək;
- Müştəri müraciətlərinin aidiyyəti struktur bölmələrə yönləndirilməsini və vaxtında icrasının izlənilməsini təmin etmək;
- Müştərilər tərəfindən verilən sual, təklif, irad və şikayətləri qəbul etmək və şirkətin prosedurlarına uyğun şəkildə həllinə dəstək göstərmək;
- Zəng və müraciətlər zamanı yüksək xidmət standartlarını qorumaq və müştəri məmnuniyyətinin təmin edilməsinə töhfə vermək;
- Müştərilərlə aparılan danışıqların nəticələrini sistemdə əks etdirmək və tələb olunan hesabatların hazırlanmasında iştirak etmək;
- Mövcud və potensial müştərilərlə peşəkar kommunikasiya qurmaq və uzunmüddətli əməkdaşlıq imkanlarını dəstəkləmək;
- Müəyyən edilmiş satış və xidmət göstəricilərinin (KPI) yerinə yetirilməsində iştirak etmək;
- Əlaqə Mərkəzinin daxili prosedur, qayda və standartlarına riayət etmək;
- Rəhbərlik tərəfindən verilən digər müvafiq tapşırıqları yerinə yetirmək.
Tələblər
- Ali təhsil (biznes, iqtisadiyyat, marketinq, menecment və ya müvafiq ixtisaslar üzrə olması üstünlükdür);
- Müştəri xidməti, satış və ya Əlaqə Mərkəzi sahəsində iş təcrübəsi arzuolunandır;
- Azərbaycan dilində səlis şifahi və yazılı nitq;
- Rus və/və ya ingilis dili biliyi üstünlükdür;
- Güclü kommunikasiya və aktiv dinləmə bacarığı;
- Müştəriyönümlü yanaşma və yüksək xidmət mədəniyyəti;
- Satış və inandırma bacarığı;
- Stressli və intensiv iş şəraitində işləmək bacarığı;
- Problemləri operativ təhlil etmək və həll yönümlü yanaşmaq bacarığı;
- Komandada işləmək və əməkdaşlarla effektiv ünsiyyət qurmaq bacarığı;
- MS Office proqramlarında, xüsusilə Word və Excel-də işləmək bacarığı;
- CRM və ya müştəri müraciətlərinin idarə edilməsi sistemləri ilə işləmə təcrübəsi üstünlükdür;
- Məsuliyyətlilik, operativlik, diqqətlilik və yüksək iş intizamı.
İş yeri:
- Heydər Əliyev adına Beynəlxalq Hava Limanı.
İş rejimi:
- Növbəli.