İşin təsviri
Təsvir
- Tikinti və cari təmir işləri üzrə iş həcmlərini yerində baxış və texniki sənədlər əsasında müəyyən etmək, ölçmə və hesablama işlərini aparmaq;
- Tikinti və təmir işlərinin mövcud vəziyyətini qiymətləndirmək, aşkar edilmiş qüsur və çatışmazlıqları müəyyənləşdirmək, qüsur aktlarını hazırlamaq;
- Tikinti işlərinin təsdiq edilmiş layihələrə, texniki şərtlərə, tikinti norma və standartlarına uyğun həyata keçirilməsinə texniki nəzarət etmək;
- Görülən işlərin keyfiyyətinə, həcminə, istifadə olunan tikinti materiallarının və tətbiq edilən texnologiyaların texniki tələblərə uyğunluğunu yoxlamaq;
- Layihələr üzrə tikinti və təmir işlərinin planlaşdırılması, təşkili və icrasına nəzarət prosesində iştirak etmək;
- Podratçı təşkilatlar tərəfindən yerinə yetirilən işlərin texniki baxımdan qiymətləndirilməsini həyata keçirmək;
- Aşkar edilmiş qüsur və uyğunsuzluqların aradan qaldırılmasına nəzarət etmək;
- Tikinti və təmir işləri üzrə texniki sənədləri, hesabatları, ölçü cədvəllərini və müvafiq aktları hazırlamaq;
- Müasir inşaat texnologiyalarının və səmərəli texniki həllərin tətbiqi ilə bağlı təkliflər vermək;
- Tikinti işlərinin müəyyən edilmiş qrafikə, keyfiyyət göstəricilərinə və texniki tələblərə uyğun icrasını təmin etmək;
- Əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək;
- Görülmüş işlər, texniki məsələlər və aşkar edilmiş uyğunsuzluqlar barədə rəhbərliyə məlumat və hesabatlar təqdim etmək;
- Birbaşa rəhbər tərəfindən vəzifə səlahiyyətləri çərçivəsində verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər
- Təhsil: İnşaat mühəndisliyi və ya müvafiq mühəndislik ixtisası üzrə bakalavr dərəcəsi;
- İş təcrübəsi: İnşaat, tikinti və ya cari təmir işləri sahəsində minimum 2 il iş təcrübəsi;
- Tikinti və təmir işlərinin təşkili, iş həcmlərinin hesablanması və qüsur aktlarının hazırlanması üzrə praktiki biliklər;
- Tikinti norma və standartları, texniki şərtlər, layihə sənədləri və tikinti materiallarının xüsusiyyətləri barədə biliklər;
- Tikinti və təmir işlərinə texniki nəzarət, işlərin keyfiyyətinin qiymətləndirilməsi və qüsurların müəyyən edilməsi bacarığı;
- Texniki sənədlərin, hesabatların və müvafiq aktların hazırlanması və tərtib edilməsi bacarığı;
- MS Word, MS Excel və MS Outlook proqramları ilə işləmək bacarığı;
- Azərbaycan dilini əla səviyyədə bilmək;
- Yüksək ünsiyyət və danışıqlar aparmaq, qərarvermə və problem həll etmə bacarıqları;
- Komandada işləmək, dəyişikliklərə uyğunlaşmaq və yeni bilikləri mənimsəmək qabiliyyəti;
- Sahədə operativ qərarvermə, analitik düşünmə və işlərin prioritetləşdirilməsi bacarığı.
İş yeri: Heydər Əliyev adına Beynəlxalq Hava Limanı
İş rejimi: 5 günlük