İşin təsviri
Təsvir
Kontakt Home komandamıza peşəkar komanda üzvü axtarırıq.
Vəzifə öhdəlikləri:
- Online sifariş bölməsinə daxil olan komandaların effektiv idarə edilməsinin, iş bölgüsünün və əməliyyat proseslərinin fasiləsiz fəaliyyətinin təmin edilməsi;
- İş qaydalarının, prosedurlarının, iş qrafiklərinin və FAQ sənədlərinin hazırlanması, yenilənməsi və onların düzgün icrasına nəzarət edilməsi;
- Əməkdaşlarla fərdi və qrup görüşlərin təşkil edilməsi, fəaliyyət nəticələrinin qiymətləndirilməsi və iş keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsi;
- Komanda üzvlərinin peşəkar inkişafının təmin edilməsi məqsədilə təlim və inkişaf proqramlarının təşkil edilməsi;
- Komandalar üzrə aylıq hesabatların hazırlanması, əsas fəaliyyət göstəricilərinin (KPI) izlənməsi, nəticələrin təhlil edilməsi və müəyyən edilmiş hədəflərə nail olunmasının təmin edilməsi;
- Komandalar üzrə satış bonuslarının müəyyən edilmiş qaydalara uyğun hesablanması və nəticələrin düzgünlüyünə nəzarət edilməsi;
- Sifarişlərin emalı, müştərilərlə əlaqə, sifarişlərin təsdiqi və digər əməliyyat proseslərinin effektivliyinin izlənməsi yaranan problemlərin araşdırılması və operativ həllinin təmin edilməsi;
- Müştəri müraciətlərini, şikayətlərini, əməkdaşların rəylərini və əməliyyat göstəricilərini təhlil edərək xidmət keyfiyyətinin yüksəldilməsi və satış nəticələrinin yaxşılaşdırılması üçün təkliflərin hazırlanması;
- İstifadə olunan informasiya sistemləri və platformalarda yaranan texniki və funksional problemlərin araşdırılması müvafiq İT komandaları və platforma təmsilçiləri ilə koordinasiyanın təmin edilməsi;
- Əməliyyat proseslərində səmərəliliyin artırılması, təkrarlanan problemlərin aradan qaldırılması və iş axınlarının optimallaşdırılması istiqamətində təşəbbüslərin irəli sürülməsi;
- İş yükünü, sifariş həcmini və xidmət səviyyəsini təhlil edərək əməkdaş resurslarının düzgün planlaşdırılmasının və səmərəli istifadəsinin təmin edilməsi;
- Digər struktur bölmələrlə qarşılıqlı əməkdaşlığın və proseslər üzrə effektiv koordinasiyanın təmin edilməsi;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətlə icrasının təmin edilməsi.
Tələblər
Namizədə tələblər:
- Ali təhsil (idarəetmə, biznes, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə);
- Azərbaycan və rus dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
- İdarəetmə sahəsində, xüsusilə satış, müştəri xidmətləri, e-commerce və ya əməliyyatların idarə olunması istiqamətində minimum 3 il iş təcrübəsi;
- Komanda idarəetməsi və əməkdaşların fəaliyyətinin qiymətləndirilməsi üzrə təcrübə;
- Əməliyyat proseslərinin təşkili, optimallaşdırılması və iş qaydalarının hazırlanması üzrə bacarıqlar;
- KPI-ların müəyyən edilməsi, izlənilməsi, hesabatların hazırlanması və nəticələrin təhlili üzrə təcrübə;
- Analitik düşünmə, problem həll etmə və qərarvermə bacarıqları;
- Microsoft Office proqramları üzrə yüksək səviyyədə biliklər, Power BI bilikləri üstünlükdür;
- Güclü kommunikasiya, təşkilatçılıq və liderlik bacarıqları;
- Eyni vaxtda bir neçə prosesin idarə edilməsi, prioritetlərin müəyyənləşdirilməsi və vaxtın səmərəli planlaşdırılması bacarığı;
- Məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük.