İşin təsviri
- Risk assessment (risk identification, analysis, evaluation) proseslərini müstəqil şəkildə icra etmə;
- Risk treatment planların hazırlanması və icrasına nəzarət etmək;
- İnformasiya təhlükəsizliyi siyasətləri, standartları və prosedurlarını hazırlamaq və yeniləmək;
- Uyğunluq qiymətləndirmələri (ISO 27001, daxili və requlyativ tələblər üzrə) aparmaq və nəticələri sənədləşdirmək;
- Daxili auditlərin planlaşdırılmasında iştirak etmək və audit nəticələrinin analizini aparmaq;
- İnsidentlərin İnformasiya Təhlükəsizliyi nöqteyi nəzərindən qiymətləndirilməsi (impact analysis, root cause review);
- Üçüncü tərəf risklərinin qiymətləndirilməsi və vendor risk assessment proseslərinin icrası;
- Rəhbərlik üçün risk və uyğunluq hesabatlarının hazırlanması;
- Layihələrdə security review (design və architecture baxışı) aparmaq;
- Dəyişikliklərin idarə edilməsi prosesində İnformasiya Təhlükəsizliyi və Kiber təhlükəsizlik risklərinin qiymətləndirilməsi və İnformasiya Təhlükəsizliyi standartlarına uyğunluğun idarə edilməsi tərəfindən iştirak etmək;
- Nəzarətlərin (controls) effektivliyinin monitorinqi;
- Idarə və şöbə daxili bütün sənədləşmə işlərinin aparılması;
- Idarə və şöbə daxili bütün sənədləşmə işlərinin aparılmasına nəzarət;
- Şöbə rəhbəri tərəfindən verilən digər tapşırıqların icra edilməsi.
Tələblər
- İnformasiya təhlükəsizliyi, İT və ya əlaqəli sahə üzrə ali təhsil;
- Məlumat məxfiliyi və informasiya təhlükəsizliyi sahəsində minimum 1–2 il iş təcrübəsi;
- ISO 27001, GDPR və ya oxşar standartlar üzrə biliklər;
- Security awareness və ya training proqramlarının hazırlanması təcrübəsi;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı, liderlik keyfiyyətləri;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
- Problemi həll etmə, analitik düşünmə, komanda ilə işləmə bacarığı;
- Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
- Danışıqların aparılması bacarığı;
- Strateji düşünmə qabiliyyəti;
- Dil bilikləri: Azərbaycan dili – yüksək, İngilis dili – yüksək, Rus dili – orta.
İş qrafiki:
- 5 günlük (2 gün istirahət)
İş yeri:
- Heydər Əliyev Beynəlxalq Hava Limanı