İşin təsviri
- İnsidentlərin idarə edilməsi prosesini dəstəkləmək və təkmilləşdirmək; eskalasiya matrislərini idarə etmək;
- SLA tələblərinə uyğunluğu təmin etmək; P1/P2 səviyyəli insidentlərin koordinasiyasını həyata keçirmək.
- Problemlərin idarə edilməsi – Kök Səbəb Analizinin (Root Cause Analysis) və Məlum Xətalar Bazasının (Known Error Database) koordinasiyasını təmin etmək; sistem səviyyəsində davamlı təkmilləşdirmələri təşviq etmək;
- Dəyişikliklərin idarə edilməsi – RFC və CAB proseslərinin təkmilləşdirilməsi; dəyişiklik risklərinin qiymətləndirilməsi; istehsal mühitinə təsirin idarə olunması;
- Konfiqurasiya Bazalarının idarə edilməsi – CMDB-ni qurmaq və idarə etmək; məlumatların yenilənməsi prosedurlarını hazırlamaq və tətbiq etmək.
- Xidmət səviyyəsinin idarə edilməsi – SLA sənədlərini hazırlamaq; uyğunluğa nəzarət etmək;
- Xidmət Səviyyəsi Hesabatlarını hazırlamaq və təkmilləşdirmək.
- Rəqəmsal xidmətlər, məlumat və texnologiya üzrə idarəetmə – siyasət və prosedurlar hazırlamaq; COBIT 2019 uyğunluq (gap analizini aparmaq; ISO auditlərinə hazırlıq işlərini koordinasiya etmək;
- IT Xidmət Kataloqunu hazırlamaq və aktuallığını qorumaq (xidmətlər, SLA-lar, məsul şəxslər);
- Proses İcmallarını (Process Reviews) və İnsidentdən Sonrakı Təhlilləri (Post-Incident Reviews – PIR) təşkil etmək və koordinasiya etmək;
- Proseslər və xidmətlər üzrə İT risk reyestrini idarə etmək; risklərin azaldılması tədbirlərinin icrasını izləmək
Tələblər
- Təhsil səviyyəsi: Ali (Bakalavr);
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
- Komanda ilə işləmə bacarığı;
- Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
- Danışıqların aparılması bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı, liderlik keyfiyyətləri;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Təqdimat bacarıqları;
- Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
- Microsoft Office proqramları (MS Excel, MS Word, PowerPoint – yüksək);
- Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili, Rus dili orta.