Texniki ofis operatoru (Bölgələr)

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

Tələblər:

  • Excel proqramında işləməyi bacarırsınız (formulalar, cədvəllər, məlumat analizi və s.);
  • Tikinti sahəsində karyera qurmaq və inkişaf etmək istəyirsiniz;
  • Yüksək motivasiyaya və öyrənməyə açıq bir insansınız;

Vəzifə təlimatı:

  • Texniki ofis operatoru birbaşa Texnik Ofis menecerinə tabedir;
  • IPS Database-in hazırlanması və yoxlanması;
  • IPS hesabatların tərtib olunması və izlənməsi;
  • Gündəlik hesabatların yoxlanması;
  • Xərclərə kodların qoyulması;
  • Layihələr üzrə xərclərin bölüşdürülməsi və onlara nəzarət;
  • Təchizat və Maliyyə Departamentindən gələn sənədlərin yoxlanılması və Kommersiya Menecerinə təqdim edilməsi;
  • Həyata keçirilmiş xərclərin təhlili və onlar üzrə yekun hesabatların hazırlanması;
  • İcarə və servis xidmətinin yoxlanılması, aktların hazırlanması və ödənişə təqdim edilməsi;
  • Rəhbərlik tərəfindən daxil olan bütün tapşırıqları vaxtında yerinə yetirmək.

Vacib qeyd: iş yeri tikinti gedən regionlardadır.

Maraqlanan namizədlər öz CV-lərini cv@nwconstruction.com elektron poçt ünvanına göndərə bilərlər. Subject: “Texniki ofis operatoru (Bölgələr)