İşin təsviri
- İR analitikası və rəqəmsal hesabat sistemlərinin inkişafı üzrə layihə və təşəbbüslərdə iştirak etmək, tələb olunan məlumatların hazırlanmasına və texniki tapşırıqların formalaşdırılmasına dəstək göstərmək;
- İnsan resursları üzrə əsas göstəricilərin (işçi dövriyyəsi, işçi sayı, işə qəbul, performans, davamiyyət və s.) toplanmasını, sistemləşdirilməsini və ilkin təhlilini həyata keçirmək, mütəmadi hesabatların hazırlanmasına dəstək göstərmək;
- İR prosesləri üzrə məlumatları təhlil etmək, aşkar edilmiş uyğunsuzluqları və təkmilləşdirmə imkanlarını müəyyən edərək komanda ilə bölüşmək;
- Mövcud dashboardların, analitik hesabatların və hesabat şablonlarının yenilənməsini həyata keçirmək, yeni hesabatların hazırlanmasında iştirak etmək;
- Şirkət rəhbərliyi və aidiyyəti tərəflər üçün hazırlanmış hesabat və analitik materialların məlumat hissəsini hazırlamaq, məlumatların düzgünlüyünü və ardıcıllığını yoxlamaq;
- İR şöbələri üzrə məlumatların vahid formada toplanması və təqdim edilməsi məqsədilə məlumat şablonlarının, Data Dictionary və hesabat tələblərinin hazırlanmasına dəstək göstərmək;
- HR sistemlərində məlumatların keyfiyyətini yoxlamaq, çatışmazlıqları və uyğunsuzluqları müəyyən etmək və onların aradan qaldırılması üçün aidiyyəti tərəflərlə əməkdaşlıq etmək;
- Excel, Power BI və digər analitik alətlərdən istifadə etməklə məlumatların emalı, vizuallaşdırılması və hesabatların hazırlanmasını həyata keçirmək;
- İR analitikası, məlumatların vizuallaşdırılması və avtomatlaşdırma sahəsində yeni alət və yanaşmaları öyrənmək və onların iş proseslərinə tətbiqinə dəstək göstərmək.
Tələblər
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;
- Analitik düşünmə və problem həll etmə bacarığı;
- Təqdimat hazırlama və təqdim etmə bacarığı;
- Power BI, SQL, Microsoft Word, Excel və PowerPoint proqramları ilə sərbəst işləmək bacarığı;
- Azərbaycan və ingilis dillərini səlis bilmək;
- Məsuliyyətli, diqqətli və nəticəyönümlü olmaq;
- Komandada işləmək bacarığı.
- İş qrafiki: 5 günlük
- İş yeri: Heydər Əliyev adına Beynəlxalq Hava Limanı