İşin təsviri
- Müxtəlif dizayn işlərinin tərtib olunması;
- Sosial şəbəkələr üçün dizayn materiallarının hazırlanması;
- Reklam kampaniyalarının qrafik və dizayn hissəsinin hazırlanması;
- Çap məhsullarının dizayn olunması;
- Jurnal və promo kataloqlarının dizaynı və hazırlanması;
- Açıqcaların dizaynı və hazırlanması;
- Suvenir məhsullarının dizaynı;
- Hədiyyə qutularının və digər dəftərxana ləvazimatlarında fərqlənmə nişanlarının dizaynı və hazırlanması;
- Dəvətnamələrin, təqdimat materiallarının və vizitkartların hazırlanması;
- Hədiyyə və loyallıq kartlarının hazırlanması;
- Sərgilər və tədbirlər üçün stendlərin dizaynının hazırlanması və istehsal prosesinə nəzarət;
- Özəl bayramlar üçün dekorların bayram abu-havasına uyğun dizayn edilib çap şirkətinə təqdim olunması;
- Çöl və daxili naviqasiya lövhələrinin dizaynının hazırlanması və istehsal prosesinə nəzarət;
- Fasad və interyer dizaynının hazırlanması və təqdim olunması.
Tələblər
- Təhsil: Bakalavr, Magistr (üstünlükdür);
- Dil bilikləri: Azərbaycan dili – Əla, İngilis dili – əla, Rus dili –üstünlük;
- Proqram bilikləri: Adobe Photoshop, Adobe Illustrator, In Design, Adobe Prof., Adobe After Effects, Adobe Premiere Pro. 3D Max və Corel Draw və Microsoft Office proqramları – əla səviyyədə;
- Təqdimat bacarığı;
- Güclü ünsiyyət və danışıqların aparılması bacarığı;
- Kreativ və strateji düşünmə qabiliyyəti;
- Komanda ilə işləmə və adaptasiya bacarığı;
- Zamanın idarə edilməsi, təşəbbüskarlıq və müstəqil işləmə qabiliyyəti.
İş şəraiti:
- İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək;
- İş yeri-Heydər Əliyev Beynəlxalq Aeroportu.