İşin təsviri
- Müştərilərin istəklərinə uyğun fərdi mətbəx və dolab dizaynlarının müvafiq proqramlarda hazırlanması və təqdim edilməsi;
- Dizayn prosesində keyfiyyət və konstruktiv xüsusiyyətlər nəzərə alınmaqla müştəri məmnuniyyətinin təmin edilməsi;
- Yeni mebel modellərinin hazırlanması, təkmilləşdirilməsi və keyfiyyətli renderlərinin işlənməsi;
- Məhsulların hazırlanmasında istifadə olunan materiallar və aksesuarlar haqqında məlumatlı olmaq;
- Komanda ilə əməkdaşlıq edərək layihələrin vaxtında və yüksək keyfiyyətlə tamamlanması;
- Dizayn sahəsindəki yeniliklərin izlənilməsi və iş prosesində tətbiq edilməsi;
- Sosial media platformalarında paylaşılacaq məhsullar üçün keyfiyyətli renderlərin hazırlanması;
- Birbaşa və ya ümumi rəhbər tərəfindən vəzifə öhdəliklərinə uyğun olaraq verilən digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər
- Ali və ya orta ixtisas təhsili (müvafiq sahə üzrə təhsil üstünlükdür);
- Mebel dizaynı sahəsində 2 ildən artıq iş təcrübəsi;
- AutoCAD, 3ds Max və digər müvafiq dizayn proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
- 3D modelləmə, render və vizuallaşdırma bacarıqları;
- Mebel istehsalında istifadə olunan materiallar, aksesuarlar və konstruktiv həllər haqqında biliklər;
- Texniki çertyojları oxumaq və onlarla işləmək bacarığı üstünlükdür;
- Tapşırıqları operativ və keyfiyyətli şəkildə yerinə yetirmək bacarığı;
- Kreativ düşüncə və yenilikçi yanaşma;
- Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
- Microsoft Office (Word, Excel, PowerPoint və Outlook) proqramlarında işləmə bacarığı.
İş şəraiti
- İş qrafiki: Həftədə 5 gün, 09:00–18:00;
- Əmək haqqı: 1200 AZN Gross;
- İş yeri: Bakı şəhəri, Binəqədi rayonu.
Qeyd: Vakansiya analıq məzuniyyətində olan əməkdaşın müvəqqəti əvəz edilməsi məqsədilə 6 aylıq müddətə açılmışdır.