Yükləyici sürücüsü (Ağcabədi)

İşin təsviri

1. Yükləmə-boşaltma əməliyyatlarını şirkətin müəyyən etdiyi təhlükəsizlik qaydalarına və prosedurlarına uyğun olaraq icra etmək;

2. Verilmiş istehsalat tapşırığı daxilində yükləri boşaltmaq, müvafiq yerlərdə yerləşdirmək və yüklərin yerini dəyişmək;

3. İdarə etdiyi texnikada istənilən zədə, nasazlıq aşkar etdikdə sahə rəhbərinə məlumat vermək;

4. Akkumulyatorların sazlığı da daxil olmaqla nəqliyyat vasitəsini və avadanlığı hər gün yoxlamaq;

5. Ona təhkim edilmiş texnikanı işlək və təmiz vəziyyətdə saxlamaq, istifadədən öncə texnikaya vizual baxış keçirmək;

6. İş planına və iş yeri qaydalarına uyğun olaraq potensial təhlükələri müəyyənləşdirmək, qabaqlayıcı və ya nəzarət tədbirləri görmək;

7. İş ərazisini işin tələblərinə və iş yeri qaydalarına uyğun olaraq hazırlamaq;

8. Texnikanın və avadanlıqların düzgün işlədiyinə əmin olmaq məqsədi ilə son təmizləmə, yağlama və bərkitmə işləri aparmaq;

9. İş sahəsini ərazi və müəssisə prosedurlarına uyğun şəkildə tullantılardan təmizləmək, təhlükəsiz iş şəraitini təmin etmək;

10. Qurğular, alətlər və avadanlıqları ərazi və müəssisə prosedurlarına uyğun şəkildə saxlamaq və yerləşdirmək;

11. İşdən əvvəl müvafiq təlimatlardan istifadə etməklə işə hazırlaşmaq;

Tələblər

1. Orta ixtisas təhsili;

2. Bu sahədə ən az 1 il iş təcrübəsi;

3. Kollektivlə işləmək bacarığı və əmək intizamının yüksək olması;

4. Diqqətli, çevik və məsuliyyətli olmaq;

5. Təhlükəsiz iş icra etmə metodlarını yaxşı bilməlidir;

6. İşini planlaşdırmağı və təşkil etməyi bacarmalıdır;

7. Ortaya çıxan problemləri həll etməyi bacarmalıdır;

8. Vaxtdan səmərəli istifadə etməyi bacarmalıdır.