Risklərin İdarə Edilməsi və Daxili Nəzarət İdarəsi/Risklər üzrə Aparıcı Analitik

İşin təsviri

  • Risklərin müəyyən edilməsi, təhlili və qiymətləndirilməsi;
  • Risklərin, RCSA çərçivəsində müəyyən edilmiş risklərin, insidentlərin və əməliyyat itkilərinin idarə edilməsi üzrə daxili qayda, prosedur və metodologiyaların hazırlanmasında və yenilənməsində iştirak etmək;
  • Risk və nəzarət tədbirlərinin monitorinqi;
  • Risk reyestrinin aparılması və yenilənməsi;
  • Risk və insidentlər üzrə tədbirlər planlarının icra statusunun izlənilməsini, gecikmə və təkrarlanma hallarının müəyyən edilməsini və əhəmiyyətli məsələlərin vaxtında eskalasiyasını təmin etmək;
  • Əsas Risk göstəricilərinin (KRI) monitorinqi və təhlili;
  • Struktur bölmələr və risk koordinatorları ilə koordinasiya;
  • Risklər üzrə hesabat və analitik məlumatların hazırlanması;
  • Kök-səbəb təhlillərinin keyfiyyətini və risk azaldıcı tədbirlərin hadisələrin təkrarlanmasının qarşısını almaq üçün uyğunluğunu qiymətləndirmək;

Tələblər

  • Risklərin idarə edilməsi, daxili nəzarət, daxili audit, uyğunluq, maliyyə təhlili və ya əlaqəli sahələr üzrə minimum 3 il iş təcrübəsi;
  • Risklərin müəyyən edilməsi, qiymətləndirilməsi, monitorinqi və hesabatlılığı üzrə bilik və təcrübə;
  • Risk və insidentlərin idarə edilməsi, əməliyyat itkiləri, kök-səbəb təhlili, RCSA risklərinin təhlili və qiymətləndirilməsi, risk qiymətləndirmə metodologiyaları, , risk reyestri və hesabatlılıq üzrə geniş biliklər;
  • Güclü analitik düşüncə, məlumatların təhlili və təqdimat bacarığı;
  • MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
  • Azərbaycan və ingilis dillərində işgüzar ünsiyyət bacarığı
  • Detallara diqqət və nəticəyönümlülük
  • Problem həll etmə bacarığı
  • Effektiv kommunikasiya
  • Komanda ilə işləmə və əməkdaşlıq
  • Məsuliyyətlilik və diqqətlilik
  • Sertifikatlar: FRM, ORM, CFA, COSO, ISO 31000 və ya əlaqəli sertifikatların olması üstünlükdür.

İş yeri:

  • Heydər Əliyev adına Beynəlxalq Hava Limanı.

İş şəraiti:

  • 5 günlük