SAFA-SACA üzrə mühəndis-inspektor

İşin təsviri

  • Növbəyə başlamazdan əvvəl iş qrafiki və gündəlik tapşırıqlarla tanış olmaq;
  • SAFA/SACA tələblərinə uyğunluğun təmin edilməsində iştirak etmək;
  • Mövcud yoxlama siyahılarını nəzərdən keçirmək və yeniləmək;
  • Zərurət yarandıqda əlavə yoxlama siyahıları hazırlamaq;
  • SACA uyğunluq strategiya və prosedurlarını tətbiq etmək;
  • Təyyarələrdə ramp yoxlamaları həyata keçirmək (kabina, xarici hissə, yük bölməsi və sənədlər üzrə);
  • Təyyarələrin təhlükəsiz istismarına nəzarət etmək;
  • Yoxlama nəticələrini sistemə daxil etmək;
  • Dövri hesabatlar hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;
  • RIM və rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.

Tələblər

  • Təhsil: Ali təhsil;
  • Dil bilikləri: Azərbaycan dili – ana dili, İngilis dili – yüksək səviyyə;
  • Kompüter bilikləri: Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı;
  • Aviasiya sahəsi üzrə ali təhsil və ya aviasiya ilə əlaqəli sahədə minimum 1 il iş təcrübəsi;
  • Güclü ünsiyyət və təqdimat bacarıqları;
  • Qərarvermə və problem həll etmə bacarığı;
  • Yeni bilikləri sürətlə mənimsəmə və öyrənməyə açıq olmaq;
  • İş mühitinə və dəyişikliklərə çevik uyğunlaşma bacarığı;
  • Komandada effektiv işləmək bacarığı.

İş qrafiki: Növbəli;

İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı.