İşin təsviri
- Şirkətin ehtiyaclarına uyğun olaraq mal, iş və xidmətlər üzrə satınalma tələblərini müəyyənləşdirmək və satınalma prosesini təşkil etmək;
- Bazar araşdırmaları aparmaq, potensial təchizatçıları müəyyənləşdirmək, onların qiymət təkliflərini toplamaq, müqayisə etmək və təhlil etmək;
- Təchizatçılarla danışıqlar aparmaq, qiymət, keyfiyyət, çatdırılma müddəti və ödəniş şərtləri üzrə ən əlverişli təklifləri əldə etmək;
- Satınalma sifarişlərini, qiymət müqayisə cədvəllərini, texniki tapşırıqları və digər zəruri satınalma sənədlərini hazırlamaq və rəsmiləşdirmək;
- Müqavilələrin hazırlanması, razılaşdırılması və icrasına nəzarət etmək, mal və xidmətlərin razılaşdırılmış şərtlərə uyğun çatdırılmasını təmin etmək;
- Satınalma proseslərinin şirkətin daxili prosedurlarına, büdcə tələblərinə və qüvvədə olan qanunvericiliyə uyğun həyata keçirilməsini təmin etmək, müvafiq sənədləşmə və hesabatları aparmaq;
- Təchizatçıların fəaliyyətini qiymətləndirmək, satınalma xərclərinin optimallaşdırılması imkanlarını müəyyənləşdirmək, riskləri vaxtında aşkar etmək və satınalma proseslərinin səmərəliliyinin artırılması üzrə təkliflər vermək.
Tələblər
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – orta, Rus dili – arzuolunandır;
- MS Word, MS Excel və MS PowerPoint proqramlarında işləmək bacarığı;
- Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;
- Danışıqların aparılması bacarığı;
- Problemlərin həlli bacarığı;
- Təqdimat bacarıqları;
- Yüksək öyrənmə qabiliyyəti;
- Dəyişikliklərə çevik uyğunlaşma bacarığı;
- Komandada effektiv işləmə bacarığı.