İşin təsviri
- Təşkilat üzrə informasiya təhlükəsizliyinin idarə edilməsi, risklərin idarə olunması və uyğunluq (GRC) istiqamətində strategiya, metodologiya və fəaliyyət planlarının hazırlanmasını və icrasını təmin etmək;
- İnformasiya təhlükəsizliyi üzrə siyasət, prosedur və standartların hazırlanmasını, tətbiqini və dövri yenilənməsini təmin etmək;
- ISO/IEC 27001:2022, NIST, CIS Controls və digər beynəlxalq standartlara, həmçinin yerli qanunvericilik və tənzimləyici tələblərə uyğunluğun təmin edilməsinə nəzarət etmək;
- Daxili və xarici auditlərin, uyğunluq yoxlamalarının planlaşdırılmasını və koordinasiyasını təmin etmək, aşkar edilmiş nöqsanlar üzrə düzəldici tədbirlərin icrasına nəzarət etmək;
- Üçüncü tərəflərin (vendor), yeni layihə və sistemlərin informasiya təhlükəsizliyi risklərinin və uyğunluq tələblərinin qiymətləndirilməsini təşkil etmək;
- Təşkilat üzrə informasiya təhlükəsizliyi nəzarət mexanizmlərinin effektivliyini qiymətləndirmək, təhlükəsizlik boşluqlarını müəyyən etmək və təkmilləşdirmə tədbirlərinin həyata keçirilməsinə nəzarət etmək;
- İnformasiya təhlükəsizliyi üzrə maarifləndirmə və təlim proqramlarının hazırlanmasını və həyata keçirilməsini təşkil etmək;
- GRC üzrə KPI və KRI göstəricilərini müəyyən etmək, risklər, uyğunluq vəziyyəti və təhlükəsizlik boşluqları barədə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək;
- Şöbənin fəaliyyətini idarə etmək, əməkdaşlar arasında iş bölgüsünü aparmaq, onların fəaliyyətini qiymətləndirmək və digər struktur bölmələrlə koordinasiyanı təmin etmək.
Tələblər
- Təhsil səviyyəsi: Ali (Bakalavr);
- İnformasiya təhlükəsizliyi standartları və nəzarəti ı sahəsində minimum 5 il iş təcrübəsi;
- CRISC, CISM, CISA, CISSP, ISO/IEC 27001 Lead Auditor və ya Lead Implementer sertifikatlarından birinin olması üstünlükdür;
- Qərar Vermə Bacarığı;
- Problemi Həll etmə Bacarığı;
- Təqdimat Bacarıqları;
- Öyrənmə Qabiliyyəti;
- Dəyişikliklərə Uyğunlaşmaq Bacarığı;
- Komandada İşləmə Bacarığı;
- İdarəetmə Bacarığı;
- Strateji Düşünmə Qabiliyyəti;
- Güclü analitik düşünmə və sənədləşdirmə bacarıqları;
- Həm texniki, həm də biznes tərəfdaşları ilə effektiv ünsiyyət qurmaq və maraqlı tərəflərin (stakeholder) idarə olunması bacarığı;
- Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yüksək).
İş qrafiki:
- Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)
İş yeri:
- Park Azure / Heydər Əliyev Beynəlxalq Hava Limanı