İşin təsviri
- Tibbi və sanitariya sahəsi üzrə məlumatların toplanması, sistemləşdirilməsi və təhlilini həyata keçirmək;
- Tibbi və sanitariya göstəriciləri üzrə məlumat bazalarını formalaşdırmaq, yeniləmək və məlumatların aktuallığını təmin etmək;
- Müvafiq statistik və analitik hesabatları hazırlamaq, məlumatların düzgünlüyünü yoxlamaq və müəyyən edilmiş müddətlərdə təqdim etmək;
- Tibbi xidmətin təşkili ilə bağlı məlumatları təhlil etmək və aidiyyəti üzrə təqdim etmək;
- Normativ-hüquqi və metodiki sənədləri araşdırmaq, onların tələblərini iş prosesində tətbiq etmək;
- Tibbi və sanitariya göstəriciləri üzrə məlumatların sistemləşdirilməsi və təhlili əsasında müvafiq təkliflərin hazırlanmasında iştirak etmək;
- Şöbənin fəaliyyəti ilə bağlı digər struktur bölmələrlə effektiv məlumat mübadiləsini və əməkdaşlığı təmin etmək;
- İş prosesində yaranan məsələlərin operativ həllində iştirak etmək;
- Rəhbərlik tərəfindən verilən və vəzifə funksiyalarına uyğun digər tapşırıqları yerinə yetirmək.
Tələblər
- Ali təhsil bakalavr dərəcəsi;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- Tibbin əsasları üzrə ilkin biliklər;
- Məlumatların toplanması, sistemləşdirilməsi və analitik təhlili üzrə bacarıqlar;
- Hesabatların düzgün, dəqiq və vaxtında hazırlanması üzrə təcrübə;
- Normativ-hüquqi və metodiki sənədlərlə işləmək və onların tələblərini praktiki fəaliyyətdə tətbiq etmək bacarığı;
- Azərbaycan dili səlis, ingilis dili və rus dillərini bilmək üstünlükdür;
- MS Word, MS Excel və MS Outlook proqramları üzrə biliklər;
- Yüksək səviyyədə yazılı və şifahi kommunikasiya bacarığı;
- Danışıqların aparılması və problemlərin həlli bacarığı;
- Komandada işləmək və əməkdaşlarla effektiv qarşılıqlı əlaqə qurmaq bacarığı;
- Dəyişikliklərə və yeni iş proseslərinə uyğunlaşmaq bacarığı;
- Analitik düşüncə, diqqətlilik, dəqiqlik, məsuliyyətlilik və operativlik.
İş rejimi: 5 günlük
İş yeri: Heydər Əliyev adına Beynəlxalq Hava Limanı