İşin təsviri
Əsas vəzifə öhdəlikləri
İnkişaf və təlim istiqaməti
- Şirkətin strateji hədəflərinə uyğun təlim və inkişaf strategiyasını hazırlamaq və icrasını təmin etmək
- İllik təlim ehtiyaclarının təhlilini aparmaq və planlamaq
- Daxili və xarici təlim proqramlarını təşkil etmək və effektivliyini ölçmək
- Liderlik inkişaf proqramlarının hazırlanması və tətbiqinə rəhbərlik etmək
- Əməkdaşların inkişaf planlarının hazırlanması və izlənməsi
- Əmək haqqı və müavinətlər siyasətinin hazırlanması və yenilənməsi
- Bazar araşdırmaları əsasında əmək haqqı strukturlarının və aralıqlarının təhlili
- Bonus və mükafatlandırma sistemlərinin hazırlanması və idarə olunması
- Şirkət üzrə performansın idarə edilməsi sisteminin (PMS) dizayn edilməsi, tətbiqi və davamlı təkmilləşdirilməsinin təmin edilməsi
- Performans qiymətləndirmə proseslərinin (hədəf qoyma, ara qiymətləndirmə, illik qiymətləndirmə, kalibrasiya) effektiv təşkilinə rəhbərlik etmək
- Şirkət üzrə dərəcələnmə (grading) sisteminin qurulması və tətbiqi
- Vəzifələrin qiymətləndirilməsi və uyğun dərəcələr üzrə yerləşdirilməsinin təmin edilməsi
- Dərəcələnmə sisteminin əmək haqqı strukturu və müavinətlər siyasəti ilə uyğunlaşdırılması
- İşçi bağlılığını artırmaq üçün müavinət paketlərinin optimallaşdırılması
- Daxili ədalətlilik və xarici rəqabətlilik prinsipinin qorunması
- İR göstəricilərinin (KPI-lar) təhlili və rəhbərliyə təqdim olunması
- Təlim effektivliyi, işçi bağlılığı və kompensasiya üzrə hesabatların hazırlanması
- Data əsaslı qərarvermə proseslərinin tətbiqi
- Qrup üzvlərinin işinin planlaşdırılması və koordinasiyası
- Komanda üzvlərinin inkişafının təmin edilməsi
- Effektiv və nəticəyönümlü iş mühitinin yaradılması
Tələblər
Tələblər
- İnsan resursları, idarəetmə, iqtisadiyyat və ya əlaqədar sahə üzrə ali təhsil
- Magistr dərəcəsi üstünlükdür
- İR sahəsində minimum 3–5 il iş təcrübəsi
- Təlim və inkişaf və ya kompensasiya və müavinətlər sahəsində minimum 3 il təcrübə
- HR analitika və hesabatlılıq bacarıqları
- MS Office proqramları (xüsusilə Excel)
- İR sistemləri ilə işləmə bacarığı
- Məlumatların təhlili və təqdimatı
- Azərbaycan dili – mükəmməl
- İngilis dili – yaxşı səviyyədə
- Rus dili – mükəmməl