Sığorta mütəxəssisi

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

İş barəsində:

  • Sahəsi üzrə xəstə məmnuniyyətinin və loyallığının təmini və artırılması
  • Tibbi sığorta ilə bağlı müraciətlərin cavablandırılması
  • Müraciətçilərin və müraciətlə bağlı məlumatlarının elektron sistemə daxil edilməsi
  • İş prosesində yaranmış sualların cavablandırılması, ehtiyac olduğu təqdirdə sığorta kuratoru ilə əlaqənin yaradılması
  • İş prosesində və sonrasında sığortalı pasiyentlərlə maraqlanmaq, yaranmış hər hansı çətinlikdə dəstək vermək
  • Sığorta şirkətləri ilə danışıqların aparılması, əlaqələrin qurulması və saxlanılması
  • Sığorta ödəmələrinin təmin edilməsi
  • Sığortalı pasiyentlərə xidmətin artırılması üçün tədbirlərin görülməsi
  • İşi ilə bağlı periodik hesabatların hazırlanması

Tələblər:

  • Ali təhsil
  • Əlaqədar sahədə təcrübəsi olanlara üstünlük veriləcək
  • MS Office (Word, Excel, Outlook) proqramlarında işləmə bacarığı
  • Azərbaycan dilində səlis danışıq, Rus dili arzu olunandır
  • Yüksək səviyyədə müştəriyönümlülük və ünsiyyət qabiliyyəti (səlis nitq, empatiya qurma, dinləmə)
  • Təşkilatçılıq və problem həll etmə bacarığı, komandada işləmə qabiliyyəti

Maraqlanan namizədlər öz CV-lərini hr@swissdent.az elektron poçt ünvanına mövzu hissəsinə “Sığorta mütəxəssisi” yazmaqla göndərə bilərlər