İşin təsviri
- Veb, mobil, API və infrastruktur sistemləri üzrə nüfuzetmə sınaqlarının (Penetration Testing) həyata keçirilməsi;
- Təhlükəsizlik boşluqlarının müəyyən edilməsi, istismar edilməsi və onların risklərinin, eləcə də biznesə mümkün təsirinin qiymətləndirilməsi və sənədləşdirilməsi;
- Texniki detallar, risk səviyyələri və təhlükəsizlik boşluqlarının aradan qaldırılması üzrə tövsiyələri əhatə edən peşəkar hesabatların hazırlanması;
- Daxili nüfuzetmə sınaqları və zəifliklərin idarə edilməsi proseslərinin hazırlanması və təkmilləşdirilməsi;
- Sistemlərin təhlükəsiz dizaynının təmin olunması və müəyyən edilmiş təhlükəsizlik boşluqlarının aradan qaldırılması istiqamətində aidiyyəti komandalarla əməkdaşlıq.
Tələblər
- Müvafiq sahə üzrə ali təhsil (İnformasiya təhlükəsizliyi, kompüter elmləri, İT mühəndisliyi və ya oxşar texniki ixtisaslar);
- Nüfuzetmə sınaqları (Penetration Tester) sahəsində minimum 2 il praktiki iş təcrübəsi;
- Veb, mobil, API, infrastruktur və simsiz şəbəkələr üzrə manual və avtomatlaşdırılmış təhlükəsizlik testlərinin aparılması sahəsində güclü praktiki bilik;
- Veb və mobil tətbiqlərin arxitekturası, eləcə də geniş yayılmış hücum vektorları haqqında yaxşı anlayış;
- Ən azı bir skriptləşdirmə və ya proqramlaşdırma dilində (məsələn, Python, Bash, JavaScript) praktiki bilik;
- Zəifliklərin idarə edilməsi prosesləri üzrə təcrübə, o cümlədən zəifliklərin müəyyən edilməsi, prioritetləşdirilməsi, izlənilməsi və aradan qaldırılması prosesinin koordinasiyası;
- Zəifliklərin idarə edilməsi alətləri (məsələn, Qualys, Tenable, Rapid7 və ya analoji həllər) ilə iş təcrübəsinin olması üstünlükdür;
- Şəbəkə əsasları, o cümlədən şəbəkə avadanlıqları və protokolları (routerlər, switch-lər, firewall-lar, TCP/IP protokollar steki və s.) üzrə yaxşı bilik;
- Proqram təminatının hazırlanması, şəbəkə administrasiyası və ya sistem mühəndisliyi sahəsində təcrübənin olması üstünlükdür;
- OSCP, OSEP, OSWE, eWPTX, eCPPT, eMAPT, CRTO və ya analoji beynəlxalq sertifikatların olması üstünlükdür;
- Dil bilikləri: İngilis dili – Upper-Intermediate (B2) və ya daha yüksək səviyyə;
- Analitik düşünmə və problemlərin həlli bacarığı;
- Detallara diqqət;
- Komanda ilə işləmək və əməkdaşlıq bacarığı;
- Vaxtın düzgün idarə edilməsi və işin planlaşdırılması bacarığı.