Məzmuna keçin
Capital Construction MMC yerləşdirilib

Sahə rəisi

Maaş
2 500 – 2 800 AZN
Şəhər
Bakı

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

Tikinti və quraşdırma işlərinin layihə, norma və qaydalara uyğun, vaxtında və keyfiyyətlə icrasına nəzarət

Tikinti işlərində texnoloji ardıcıllığın və iş qrafiklərinin təmin edilməsi

Görülən işlərin keyfiyyət göstəricilərinə, həcminə və müddətinə nəzarət

İstifadə olunan material və avadanlıqların layihə-smeta sənədlərinə uyğunluğunun yoxlanılması

Aşkarlanan qüsurların aradan qaldırılmasının təşkili və gecikmələrin səbəblərinin araşdırılması

Tikinti sahəsinin təşkili, əlavə xərclərin qarşısının alınması

Təmir, bərpa və yenidənqurma işlərinə nəzarət

Təslim-təhvil prosesində iştirak

Layihə üzrə tələb olunan sənədlərin və hesabatların hazırlanması

Tikintinin başlanması üçün sənədlərin yoxlanılması və normativlərə uyğunluğun təmin edilməsi

Anbar təsərrüfatına və maddi sərvətlərin qorunmasına nəzarət

Tabelikdə olan işçilərin iş bölgüsünün aparılması və əmək mühafizəsi qaydalarına nəzarət

İş şəraiti:

İş yeri: Lökbatan qəs.

İş qrafiki: 6 günlük iş həftəsi;

Əmək haqqı: 2500-2800 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır)

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Sahə rəisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Tələblər

  • Ali təhsil (Tikinti mühəndisliyi, İnşaat mühəndisliyi və ya uyğun sahə üzrə)
  • Tikinti sahəsində minimum 3–5 il müvafiq iş təcrübəsi
  • Layihə-smeta və işçi cizgilərlə işləmək bacarığı
  • Tikinti-quraşdırma, təmir, bərpa və yenidənqurma işlərinin təşkili üzrə praktiki biliklər
  • Texnoloji ardıcıllıq, iş qrafikləri və icra üsulları üzrə biliklər
  • Material, avadanlıq və konstruksiyaların standart və normativləri üzrə biliklər
  • Tikinti sənədlərinin (icra sənədləri, aktlar, hesabatlar və s.) tərtibi təcrübəsi
  • Tabelikdə olan işçilərlə işləmək, iş bölgüsü aparmaq və komandaya rəhbərlik bacarığı
  • Analitik düşüncə, problem həll etmə və qərarvermə bacarığı
  • Məsuliyyətlilik, dəqiqlik, intizamlılıq və stresə davamlılıq

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →