Vakansiya haqqında
İş mühiti və Vəzifə öhdəlikləri:
Məsləhətçi qurumda çalışacaq;
Tikinti sahəsində geodeziya ölçmələrinin, nişanlama və qaldırma işlərinin yerinə yetirilməsi;
Podratçı tərəfindən təqdim olunan geodeziya sənədlərinin, xəritələrin və icra ölçmələrinin yoxlanılması;
Layihə oxlarının, hündürlüklərinin və sərhədlərinin sahədə dəqiqləşdirilməsinə nəzarət edilməsi;
Sahə üzrə iş həcmlərinin geodeziya nəzarətindən keçirilməsi və sənədləşdirilməsi;
İş regionlardadır — Qarabağ bölgəsində yerləşən layihələrdə həyata keçiriləcək.
Ümumi Şərtlər:
İş rejimi: Qrafikə uyğun (regionlarda rotasiya və ya tələb olunan rejim);
Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq razılaşma yolu ilə.
Maraqlanan namizədlər öz CV-lərini M üraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Tələblər
- Müvafiq sahə üzrə ali təhsil (Geodeziya, kartoqrafiya və ya inşaat mühəndisliyi)
- Sahə üzrə geodeziya mühəndisi kimi azı 3 il iş təcrübəsi
- Total Station, GPS/GNSS və digər müasir geodeziya cihazları ilə sərbəst işləmək bacarığı
- AutoCAD, Netcad və digər ixtisas proqramlarını yüksək səviyyədə bilmək
- Səhra və region şəraitində (Qarabağ bölgəsi) işləməyə uyğunluq
Oxşar elanlar
- Sahə MemarıPASHA Real Estate Group · Bu gün
- Smeta üzrə aparıcı mühəndisAvant Construction · 5 gün əvvəl
- Tikinti rəhbəriPMD Projects MMC · 5 gün əvvəl
- Təmirə Hazırlıq üzrə OperatorBahar Energy Operating Company · 6 gün əvvəl
- Daxili nəzarət üzrə baş mühəndis (tikinti layihələri üzrə)PMD Group MMC · 6 gün əvvəl
- Daşınmaz əmlak girovlu kreditlər üzrə mütəxəssis/ aparıcı/ baş mütəxəssisBOKT "İDEAL KREDİT" MMC · 4 noyabr 2026