Məzmuna keçin
Capital Construction MMC yerləşdirilib

Planlama mühəndisi

Maaş
1 500 – 2 500 AZN
Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Vəzifə və məsuliyyətlər

Layihənin icra qrafikinin hazırlanması, izlənməsi və yenilənməsi, plandan kənarlaşmaların vaxtında aşkarlanaraq idarəetməyə çatdırılması.

Layihə Rəhbəri, Sahə Rəisi və mühəndislərlə birlikdə layihənin baza qrafikini (baseline schedule) hazırlamaq və birbaşa rəhbərinin təsdiqinə təqdim etmək

Satınalma, layihələndirmə və işçi çertyojların (shop drawings) təqdimat qrafiklərini ümumi layihə qrafikinə inteqrasiya etmək

Subpodratçıların qrafiklərini yoxlamaq və layihə qrafiki ilə uzlaşdırmaq

Sahədən və subpodratçılardan irəliləyiş məlumatlarını toplamaq, yoxlamaq və qrafikə daxil etmək

Qrafiki müəyyən olunmuş dövrlərlə yeniləmək və yeniləməni birbaşa rəhbərinə təqdim etmək

Faktiki icra ilə baza qrafik arasındakı kənarlaşmaları qeydə almaq və təhlil etmək

Kritik yolu, ehtiyat vaxtı və əsas mərhələləri izləmək

Gecikmə risklərini Layihə Rəhbərinə vaxtında bildirmək

Bərpa planlarının hazırlanmasında iştirak etmək

Dəyişikliklərin və gecikmələrin qrafikə təsirinin qiymətləndirilməsi üçün məlumat hazırlamaq

Sahə Rəisi ilə birlikdə qısamüddətli (2-4 həftəlik) və həftəlik iş planları hazırlamaq

Həftəlik status hesabatı üçün qrafik məlumatlarını hazırlamaq

Aylıq planlama hesabatı hazırlamaq

Qazanılmış dəyər hesablamaları üçün irəliləyiş məlumatlarını birbaşa rəhbərinə təqdim etmək

İş Şəraiti:

İş qrafiki: 6 gün

İş yeri: Nəsimi r.

Əmək haqqı: 1500-2500 manat (namizədin bilik və bacarıqlarına uyğun təyin olunacaq)

Maraqlanan namizədlər öz CV-lərini M üraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

  • Ali təhsil (inşaat mühəndisliyi və ya əlaqəli ixtisas)
  • Planlama sahəsində minimum 2 il iş təcrübəsi
  • 1C proqramında sərbəst işləmək bacarığı
  • Azərbaycan dilində sərbəst, ingilis dilində işlək səviyyədə ünsiyyət
  • Autocad proqramında işləmək bacarığı

Üstünlük hesab olunur

  • Planlama üzrə peşəkar sertifikat (PSP və ya ekvivalenti)

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →